adalet.az header logo
  • Bakı -°C
23 Dekabr 2025 17:52
80
ANALİZ
A- A+

“Ortez & Protez Elmi-Praktilki seminar” keçirilib

Azərbaycan Mədəniyyəti sosial platforması Otez & Protez Elmi-Praktiki seminarının bədii hissəsinə dəstək verib

Bakı şəhərində, Wyndham Garden Baku otelində “Ortez & Protez Elmi-Praktilki seminar” keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Açılış nitqi Zülfiyyə Əliyeva tərəfindən səsləndirilib.

Seminarın əsas məqsədi ortopediya, travmatologiya və reabilitasiya sahəsində mövcud yenilikləri mütəxəssislərlə bölüşmək, praktiki biliklərin artırılmasına töhfə verməkdir. Tədbirdə ölkənin tanınmış ortoped-travmatoloqları, cərrahlar, fizioterapevtlər və səhiyyə sahəsinin digər peşəkarları iştirak edib.

Seminar proqramına uyğun olaraq rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olunub. Bədii hissənin təşkilinə Azərbaycan Mədəniyyəti sosial platforması tərəfindən dəstək göstərilib. Musiqi nömrələri Rəqsanə Əsədova və Səbinə Abbasova tərəfindən ifa olunub və iştirakçılar tərəfindən maraqla qarşılanaraq tədbirin ümumi ab-havasına xüsusi rəng qatıb.

Daha sonra sahə üzrə ixtisaslaşmış mütəxəssislərin çıxışları dinlənilib. Spikerlər tərəfindən müasir ortoped texnologiyaları mövzularında geniş təqdimatlar keçirilib. Çıxışlar interaktiv müzakirələrlə müşayiət olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib. Ardınca iştirakçılar üçün coffee break təşkil edilib