adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2019 16:01
12845
MƏMLƏKƏT

Orta ümumtəhsil məktəblərində ilahiyyat dərslərinin keçirilməməsinin yol açdığı faciələr

Son zamanlar əks-sədadoğuran məktəblinin intiharı hadisəsi bir vətəndaş, cəmiyyətin bir üzvü kimi,bir qadın və ən nəhayət bir ana kimi məni dərindən sarsıtdı. Sosial şəbəkələrdə,mediada bu barədə gedən yazılar və video görüntülər psixi tarazlığımı pozdu desəm,az olar. Hər bir informasiyanın zəncirvari reaksiyasını nəzərə alsaq bütünsosial təbəqələrdə rezonans doğuran bu hadisəyə verilən təpkilər, ziyalıların vəincəsənət xadimlərinin çıxışları cəmiyyətdə qınaq adlı məfhumun hələ də yoxolmadığının göstəricisi oldu. İnformasiya ilə işləyən bir mütəxəssis kimi bununnə dərəcədə təhlükəli olduğunu anladığımdan məsələnin bir də başqa tərəfinidüşünəndə daha da təlaşlanmağa və narahat olmağa başladım. Bu, həmin məktəblininyaşıdlarının və hətta bütün məktəblilərin rahatlıqla və maneəsiz şəkildə buhadisə barədə məlumatlara sahib olmaları idi.Halbuki, həmin hadisə başqa bir uşağı da belə hərəkətlərə sövq edə bilərvə təəssüflər olsun ki, edir də. Bu hadisədə məsələnin mənəvi tərəfi, hüquqi tərəfindəndaha çox narahatlıq doğurmalıdır. Çünki, hüquq mühafizə orqanlarının işinə, ədalətinöz yerini tutacağına zərrə qədər də şübhəm yoxdur. Lakin mənəvi aşınma və laxlamalarınqarşısını heç bir qüvvə ala bilməyəcək. Bu təhlükəli proses sürətlə və arası kəsilmədənbaş verir. Gün gündən artan mənfi halların, üstəlik əxlaqsızlıqların cəmiyyətinçox gənc təbəqəsini daha tez məhv etməsi, xarakerlərdə mənəviyyatın tərbiyəsininməhz orta məktəblərdə təhsil vasitəsilə ötürülməsini labüd hala çevirir. XVII əsrFransa maarifçiliyinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insanhüquqları müdafiəçisi Volter demişdir: "Tanrıolmasaydıbelə, onu uydurmaq lazım gələrdi.” Bu fikir dərin mətləblədən xəbər verir vəinsanı düşünməyə vadar edir.

Ailələr müxtəlif mədəniyyətə,tərbiyəyə və əqidəyə malik ola bilərlər. Lakin uşaqlara məktəbdə ilahiyyat dərslərinintədrisi, problemli yeniyetmə ruhunun sakitləşəcəyi və hadisələri daha müstəqilşəkildə, şüurlu surətdə analiz edib həll edə biləcəyini güman etməyə əsasverir. Yeniyetmələrin psixoloqlara güvənsizliyi və bəzən açıla bilməməkproblemi onlarda ilahi sözə və humanist ideyalara aclıq hissini yatıra və çoxyaxşı təsir göstərə bilər. Bundan başqa məktəbdə din dərslərinin tədrisolunması gələcəkdə radikal düşüncəli gəncliyin yetişməsinin də qarşısını alar vəbeləliklə, cəmiyyəti ikinci bir bəladan xilas edə bilər. Bu qətiyyən o deməkdeyil ki, ilahiyyat dərsləri hətta fakültativ tədris olunsa belə uşaqlardamövhumat və xürafat yaradacaq. Xeyr! Əksinə, bu dərslər onlarda ən gözəl, alihisslərə məhəbbət, ancaq və ancaq gözəl xüsusiyyətlərtərbiyə edəcəkdir. Hər halda intiharın qətiyyən yolverilməz bir hərəkət olmasıvə ilahi düşüncələr vasitəsilə bütün neqativ hallardan azad olmağın mümkünlüyübarədə maarifləndirici bilgi ötürəcəyi şübhəsizdir.

Uşaq əsaslı tərbiyəni məktəbdəalır, fərddən şəxsiyyətə çevrilməyə başlayır. Məktəb müxtəlif temperament və əqidəyəmalik olan valideynlərin bəlkə də haradasa buraxdığı səhvi düzəltmək və onlardadüzgün yolu seçmək kimi şüur formalaşdırır. Ona görə də müəllim həm pedaqoq vəhəm də psixoloq olmazdan daha əvvəl müqəddəs varlıq olmalı, hər halda bununüçün çalışmalıdır. İlk növbədə bilik və savaddan daha çox ilahiyyatın tələbetdiyi xüsusiyyətləri özündə tərbiyə edib onu yetişən gəncliyə ötürməlidir. 70il ateist ideologiyası ilə tərbiyə alan, daha sonra da düz əməlli dini biliklərəyiyələnə bilməyən cəmiyyətdə faciələr qaçılmazdır. Din ilk öncə əxlaqdır, mədəniyyətdir,insansevərlikdir, mənəvi paklıqdır. İlahiyyat fənni –başqa sözlə sxolastika elmi, təməl dini biliklərin tədrisi baxımından mütləq şəkildətədris olunması gərəkən fəndir. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələyədiqqət ayırar və cəmiyyəti belə bəlalardan xilas edərlər. Bəşəriyyəti ilk növbədəyalnız düzgün mənəviyyat və əxlaq paklaşdıra bilər. Mövzunun geniş və mübahisəliolduğunu bilir və hər bir vətən övladını düşünməyə dəvət edirəm.

Mehriban Cəfərova