Orta məktəblərdə din tədris olunacaq
"Azərbaycanın orta məktəblərində dinlə bağlı biliklər geniş şəkildə tədris ediləcək”.
Adalet.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
G.İsmayılov deyib ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə "Həyat bilgisi” dərsliyi üzərində işləyir:
"Hesab edirik ki, orta məktəblərdə dinin, şəriətin tədrisindən söhbət gedə bilməz. Ancaq dinlə bağlı biliklərin genişləndirilməsin ehtiyac var. Yaxın vaxtlarda cəmiyyət orta məktəblərdə "Həyat bilgisi” dərsliyində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacaq”.
Digər Xəbərlər
01 May 2024 09:22
İbtidai siniflərdə yaz tətili başlayır
30 Aprel 2024 15:35İmtahanda 4 nəfər maksimal bal topladı
30 Aprel 2024 15:18Buraxılış imtahanının nəticələri elan olundu
29 Aprel 2024 12:38Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00