"Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır"
Orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır.
Adalet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
Akademik qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin qurulmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.
“Bu prosesdə Koordinasiya Mərkəzinin yaradılması xüsusi rol oynayıb. Nəticədə bu gün ölkəmizdə ürək transplantasiyası kimi yüksək peşəkarlıq və texnoloji imkanlar tələb edən əməliyyatları icra edə bilən peşəkar tibbi komanda mövcuddur”, – deyə Əhliman Əmiraslanov vurğulayıb.
Komitə sədri bildirib ki, indiyədək iki ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir, lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, transplantasiya sisteminin dayanıqlı inkişafı üçün tibbi heyətin, koordinasiya strukturlarının və aidiyyəti qurumların birgə fəaliyyəti əsas şərtdir.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

