Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi üçün qanunvericilik təkmilləşdirilir
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır.
Adalet.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.
İclasda, həmçinin “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyi, sənədin yüksək səviyyədə hazırlandığı, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyi diqqətə çatdırılıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 12:19
FHN təlim keçirdi - VİDEO
24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyaları artırılır
24 Sentyabr 2026 10:28
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq
24 Sentyabr 2026 10:25
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır" - Əli Nağıyev
23 Sentyabr 2026 20:16
“Birliyin Gücü - 2026" təlimindən - FOTOLAR + VİDEO
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55


Bakı -°C

