adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
15 Iyul 2020 09:06
24304
SİYASƏT

ORDUMUZ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYƏ QADİRDİR

2020-ci iyulun 12-dənbaşlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Artilleriyaqurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəAzərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməyə cəhd etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır vənövbəti təxribatdır; Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlərnəticəsində düşmən geri otuzdurulur, onun canlı qüvvəsinə və hərbi texnikasınaciddi zərər yetirilir. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakterdaşıyır, Ermənistanın təxribatına qətiyyətli cavabverilir.

Yayılmış videolardan dagöründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinəgüclü zərbə endirir, nəticədə düşmənin texnikası və xeyli sayda canlı qüvvəsiməhv edilir. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədindənövbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətindiqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm dəölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Bu gün Ermənistanda əhalinin hakimiyyətəetimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanıntəcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktaturaqurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddisosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsindəsaysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasiopponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyanhakimiyyətini çox mürəkkəb duruma salıb.


ErmənistanMüdafiə Nazirliyi ölən və yaralılar barədə məlumatları gizlədir. Bu da paytaxtYerevanda əhali arasında ciddi narazılıq yaradıb. Əsgər valideynlərinin dünəndənhərbi hosbitalın qarşısında kütləvi etiraz aksiyaları polislər tərəfindənamansızlıqla dağıdılır.

Azərbaycanla sərhəddə təxribat Paşinyanhakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsizidarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükəqarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətəqarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq; HazırdaErmənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahidcəbhədə birləşməsi prosesi gedir. Paşinyan hakimiyyəti itirməkdən qorxur.Yeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır.

N.Paşinyan xarici siyasətdə də uğursuzluğadüçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğalolunmuş ərazilərində təşkil etdiyi "seçki” şousunu qəbul etməyərək Azərbaycanınərazi bütövlünə dəstəyini təsdiq etdi. Heç bir dövlət bu qondarma qurumutanımır. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması,beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır.

Prezident İlham Əliyevin Soçidə "Valday”Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında,Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, MünhenTəhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşistsimasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarınınErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlarqəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddiproblemlər qarşısında qoyub.

Azərbaycan Respublikası Prezideni cənab İlhamƏliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçılarısəviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganəölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də ErmənistandaAzərbaycanafobiyanın hansı həddə çatdığını göstərir.

Ölkədaxili problemlərdən və xarici siyasətdəiflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmiYerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllindəmaraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.


Ermənistan uzun müddətdir ki, belə hərbiavantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını(KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşıtörətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ammahaqlı olaraq bu təşkilata digər üzv dövlətlər Ermənistanı dəskləmir.

Azərbaycanın Ermənistan istisna olmaqla bütünKTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMTölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər. Dünyanın COVİD-19-aqarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribatəməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibininCOVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdanbaşqa bir şey deyildir.

Növbəti dəfəuğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətinigizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağaçalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqındaməlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub.Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdəErmənistan hakimiyyətini ciddi tənqid edirlər.

Ermənistanı hakimiyyətinin guya Azərbaycanhərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsibarədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta buölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddialarıironiya ilə qarşılayırlar.

İyulun 12-də baş vermiş hadisə Azərbaycanictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbiəməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək,silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinəvətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. İkinci birtərəfdən Birinci Qarabağ savaşından fərqli olaraq artıq dünya standartlarınauyğun ordumuz formalaşıb və ən müasir silahlarla təmn olunub.

Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizisevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha dagenişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkəistifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları,ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz vəqəbulolunmazdır. Ehtiyac duyulduğu halda Ali baş komandanın əmri ilə ehtiyatdaolan əsgər və zabitlərimiz nizamlı qaydada səfərbərliyə alına bilər.

Hələ ki, Azərbaycan silahlı qüvvələri operativvəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilirvə bumdan sonra da veriləcəkdir.

Bu gün Azərbaycan güclü orduya malikdir vəAzərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilənvəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyəhazırdır və buna qadirdir.

Yaranmışvəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini vəsərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.

Təəssüf ki, butəşkilatlar hələ ki, hər iki tərəfi atəşi dayandırmağa çağıran bəyənatlardan otərəfə keçmir. Yenə də ikili standartlarla üz-üzəyik. Artıq 30 ilə yaxındır 20faiz torpaqlarımız işğal altındadır. BMT-nin 4 Qətnaməsi 28 ildən çoxduErmənistan tərəfindən saya salınmır. Beynəlxalq təşkilatlar isə ermənistanhakimiyyətinin bu əməllərini görməməzlikdən gəlir. Haqsız olaraq ən yaxşı halda"orta” mövqe tutmaqda davam edirlər. Bu isə göründüyü kimi Ermənistanı daha da həyasızaddımlar atmağa sövq edir.

Rüstəm HACIYEV,

"Ədalət" qəzetinin şöbə müdiri