adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2020 10:20
37702
ƏDƏBİYYAT

ORADA, ARMUD AĞACININ ALTINDA - CAVAD ZEYNAL yazır


Nədənsə Telman Əliyevi mənQozluçaysız təsəvvür eləyə bilmirəm. Telman müəllim deyəndə Qozluçay dərəsi,bağlar-bağatlar,kəndlər gəlib dururgözümün qabağında,Qozluçaydan söhbət düşəndə gözümdə Telman müəllimcanlanır.Nədən doğur məndə bu? Bu qoşa hissharadan yaranır məndə belə- bilmirəm.

Qozluçaydərəsi Qarabağda adladeyilir. Cənnət misallı, bağ-bağatlı uzun birdərədir. Uzunluğuiyirmi-otuz kilometr olar.Hadrutun arxasındakı dağlardan(dahi Üzeyir bəy Qori seminariyasınıbitirdikdən sonra ilk dəfə orada dərs demişdir) başlayan budərə quzey-güneylidir. Quzeyi silsilə dağlardı, meşəlikdi,güneyi isə əkin yerləri.Ucu-bucağı görünməyən bağlar da elə oüzlü-bu üzlü döşlərin arası ilə uzanıb gedirta Dördçinara qədər.

BİR RƏVAYƏT. Əfsanəyə görə bir loğmanın yolu Qozluçaydan düşür. Uzaqdan çoxlu qoz ağaclarını görüb deyir ki, paho... burda qızdırma nə çoxdur!.. Bir az irəli gedəndən sonra nəhəng qoz ağaclarının arasındatala-tala zoğallıqları görür və qayıdır ki, hə... Allah dərdiniveribsə, dərmanını da verib.

Bu kiçik əfsanədə iki hikmət hasilolur: bir- qızdırmanın mənbəyi, bir də onun çarəsi.Soyuqdəymədə , qızdırmadaçayımıza zoğal mürəbbəsi qatıb içməyimiz, sağalmağımız buna sübut deyimi?

SÖZƏSÖYKƏK. Unudulmaz yazıçı-dramaturqumuz İlyas Əfəndiyev (Qozluçayın mətəsisayılan Saracıq kəndində doğulmuşdur) mən kəndə gedəndə (bizim kənd Saracıqlaüzbəüz olan Gorazıllı idi) tapşırardı ki, bir-iki kilo zoğal axtası gətirim.Bizim kəndlərin zoğal axtası ayrı bölgələrin, rayonların axtasından tamamilə fərqlənirdi.Nədə?

Başqabölgələrdə zoğalı yığıb dənələyər, axtasını qurudub qışa saxlayardılar. Belədəaxta qurdlayardı. Bizim kəndlərdə isə bu axtanı başqa cürhazırlayardılar.Yığılan zoğalı axtalayıb qurudandan sonra torbalara yığıbburub-bükməzdilər. Böyürtkənin qırmızılarından yığıb teştdə, tiyanda qaynadar,çör-çöpünü təmizləyəndən sonra qurudulmuş axtanı böyürtkən şirəsində bir burumqaynadıb qurudardılar. Bununla da axta heç vaxt qurdlamazdı və Əfqan kişmişikimi yeməli olardı. Uşaqlığımda o "kişmiş”dən loxmanın arasına qoyub o qədəryemişəm...Payızda həmişə ciblərimizdə o "kişmiş”dən olardı.

Qozluçaydoqquz kəndi əhatə edir. Nəhəng qoz ağacları, uca çinarlar, armud ağacları...Nələryox idi, Allah, bu bağlarda?.. Tala-tala zoğallıqlar, yay armudları, qarellə, əzgil,alma bağları, ağ tut, bedana tut, xar tut, qış armudu, böyürtkən, moruq, qaragavalı, ağ gavalı, albuxarı, üzüm şəlləri,...nələr. nələr. Çoxlu saydabulaqlarından savayı səkkiz yerdə şaqhaşaq axan kəhrizləri vardı. QaradağlınınYarğan kəhrizi beş dəyirmanı işlədirdi. Doğulduğum Gorazıllı kəndininayağındakı Bala kəhriz bütöv kəndə bəs eləyirdi.Yuxarı Güzlək kəndinin Bəhmən kəhriziGüzlək, Gorazıllı, Saracıq bağlarını suvarırdı. Saracığın Şahbudaq kəhriziyeddi novlu idi. Aşağıda Qarakollu kəndinin kəhrizi dəyirman işlədirdi və adınada Qarakollu dəyirmanı deyirdilər. Bu bulaqların, kəhrizlərin hər biri dəbiri-birindən tamlı və zəngin idi.

BİRHAŞİYƏ. Bir dəfə anam mənə bir qab qatıq verdi ki, apar ver dədən doğrama eləsinyesin. Dədəm Hacı Şükür kəhrizinin(öz babasının kəhrizi) üstündəki talada zəmibiçirdi. Mən çatanda gördüm ki, dədəm böyük bir əriyin kölgəsində qablamadaquru çörəyi suya doğrayıb qaşıqlayır. Mən hövlləndim. Özümü tez yetirib qatığıona verdim. Dədəm heç nə olmayıbmış kimi, adi qaydada qatığı məndən alıb,doğradığı çörəyin üstünə tökdü və qarışdırıb yedi.

İlkdəfə idi ki, dədəmə yazığım gəlirdi. Bilmirdim neyləyim. Birdən dədəm dilləndi:

--- Bala, Allah qoysa böyüyəcəksən. Məktəbə gedəcəksən, institutqurtarajaqsan, çox yerlər

gəzəcəksən, amma bu sulardan heç yerdə görməyəjəksən!Bu suların yavanlığı özündədi.

Dədəmino sözü də, suya çörək doğramağı da yaddaşıma, gözümə elə yazıldı ki, bu gün dəxatırlayıram.

Kəndimizdağ döşündə yerləşirdi. Amfiteatr kimiydi. Kənardan baxanda evlər,həyətlər əliçi kimi görünürdü. Arxası sarp qayalıqlar idi. Çılpaq qayalar qıcırdılmışcanavar dişlərini xatırladırdı. Baxanda adamı vahimə basırdı.

Gədikdənsol tərəfdə Qara quzey başlanırdı. Yüksək dağ yamacı olan bu quzey həm örüş, həmdə əkin yerimiz idi. Yuxarısı yaşıl süpürgəlik idi və bu süpürgəlik həmişə çəyirtkəilə dolu olardı. Biz hinduşqaları( Qozluçay kəndlərində hamı hinduşqasaxlayırdı) həmin süpürgəlikdə otarardıq və hinduşqalar o çəyirtkələrdən yeyibtez yekələrdilər. Həm ətli olardılar, həm də cantaraq.

Kəndinqoyun sürüsü o süpürgəlikdə otlayanda qatığında acılıq olardı. Nobata gedənlərsürünü orada otaranda anam qatığı çalxalayıb, yağını bizə verər, ayranını isəitə tökərdi. İndi Bakıda bir stəkan ayranı otuz-qırx qəpiyə alanda şəhər həyatımagülməyim tutur.

Qaraquzeyin qaşında oturub aşağılara baxmağı çox xoşlayırdım. Döşün aşağısındaqalın bağlar vardı. Bu, Rəfədinli bağları idi. Telman müəllimin kəndininbağları. Ortasında bulaq qaynayırdı. Susayanda düşüb oradan su içirdik.

AradakıQarakollu Xamı sıx böyürtkənlik idi. Dolu salxımlar ağırlığından əyilib yerə dəyirdi.Biz öynəmizi, demək olar ki, o böyürtkənlə keçirərdik. Bu Xamın böyürtkəni bağlardakı böyürtkənlərdən fərqlənirdi,həm şirinliyinə, həm də ətliliyinə görə. Yayın qızmarında günəşdən nur əmənsalxımlardan bal damcılayırdı. Bu dəmiyə torpağın qüvvəsindənmi, şahmar günün"süd” qoxulu şüasındanmı – bilmirəm. Bircə onu bilirəm ki, şəhd-şirə idi, mətidi. Ona görə arvadlar, qızlar böyürtkən yığmağa gedəndə Qarakollu Xamına gedərdilər.

Qaraquzeyin tilindən Araz aydın görünürdü. Uzaqdan gümüş kəməri xatırladırdı.Oradan o tərəfə İran ərazisi idi. Arazdan o yana ara-sıra təpələr qaralırdı. Təpələrdəno tərəfdə nə varıdı, nə yox idi – bilinmirdi. Bu mənzərə mənə uşaq xəyalımdabir nisgil gətirirdi. Demə, bu nisgil qanımdan gəlirmiş – ikiyə bölünmüş Vətəninhəsrəti bürüyürmüş məni. Gözümü çəkib yaxın kəndlərə, orman kimi qalın bağlarabaxırdım. Nisgilim çəkilirdi. Öz-özümə fərəhlənirdim. Elə bil dünya mənimolurdu.

...Telman müəllimlə tanışlığım ötən əsrin yetmişinci illərinin əvvəllərinə təsadüfedir. İlk tanışlığımızı xatırlamıram. Tez-tez orda-burda rastlaşardıq. Dayanıbsöhbətləşər,ayrılardıq. Söhbətimizin də mövzusu elmdən, yaradıcılıq dünyasındançox, Qozluçaydan olardı. İkimiz də uşağa dönüb Qozluçaya gedib gələrdik. Nə çayiçməyə yollanardıq,nə də gəzintiyə. Bir dəfə mənə "Azərnəşr”in qabağında birkitab bağışladı. Bu, Azərbaycanın Makarenkosu sayılan böyük pedaqoq alim Tələt Əfəndiyevhaqqında yazdığı "Müəllim ömrü” kitabıydı. Kitabda bir epizod beynimə elə"mismarlandı” ki, ömürlük yaddaşıma yazıldı.

"Balaca vaxtım idi. Bağda qoyun-qoltuğumu, ciblərimi armudla doldurub evə gəlirdim.Kəndin ortasında kişilər bir yerə toplaşmışdılar. Aralarında geyimli-kecimlibir kişi də vardı. Məni görüb çağırdılar. Mən duruxub qaldım. Tanımadığım okişi birdən aralanıb mənə yaxınlaşdı. Əli ilə başıma sığal çəkdi:

--Yaxşı oxuduğuna görə gəlmişəm sənigörüm.

Mən kişinin üzünə baxdım, elə bilişıq saçırdı. Neyləyəcəyimi bilmirdim. ”Oğurluğumdan” və lijimimdən utanırdım.Amma tərifi məni fərəhləndirirdi. Qıraqda duranlar da yaxın gəldilər.

--Tələt müəllimdi – dedilər.—Böyük alimimiz TələtƏfəndiyev. Qaradağlıdandı, Bakıda Pedaqoji İnstitutda müəllimdi.

Tələt müəllim məni bir xeyli danışdırandansonra buraxdı. Evə necə gəldiyimi bilmədim. Fərəhimdən az qalırdı uçam. Yaxşıoxumağım gör haralara gedib çatıbmış. O vaxtdan kitablara sarıldım.”

Bu epizodda mən balaca Telmanadöndüm. Qoyun-qoltuğu armudla dolu kənd uşağına. Uşaqlığım, kəndimiz,bağlarımız gəldi durdu gözlərimin qabağında.

YERİ GƏLMİŞKƏN. Qozlu çay bağlarındakıo qış armudundan heç bir yerdə, heç bir ölkədə yoxdur. Əlimi ürəyimin üstünəqoyub, bunu mən tam əminliklə deyirəm.

O qış armud, deyərdim ki, Qozluçayındirilik payıdır, qız təbiəti var. Nədə göstərir bu özünü? Çox həssasdı. Onu heçvaxt çırpmazdılar. Bilək yoğunluğunda uzun bir ağacın başına cəvərən keçirib,bir-bir cəvərənlə dərərdilər. Şamama ətirli idi.(yemiş yox ha, şamama!)Bir-birinə toxundumu – xallayıb çürüyərdi. Ona görə də onu çovustanlarda, kümlərdətənəkələrin üstündə bir-birindən aralıdüzərdilər. Elə şirin, elə doyumlu idi ki, biri para təndir çörəyinə bəs eləyirdi.

HAŞİYƏ. Anam armudu həmişə evimizinyanındakı küməmizə yığardı. Küməmizin yanından yolu düşən və armudların iyinialan arvadlar anamı çağırardılar:

---Ay bibi, o adam çağırannan bir-ikisini ver,ağzımız dada gəlsin dana!”

Anam əlüstü bilərdi ki, onlar nəyideyir. Oniki taxta tumanının ətəyini armudla doldurub pay verərdi.

YERİ GƏLMİŞKƏN: Məktəbimiz dörd kəndiəhatə eləyirdi və bağın o üzündə idi. Biz məktəbə gedəndə bağlardan keçirdik.Armud ağaclarının dibinə tökülən qızılı yarpaqları ayağımızla eşələyər, bir-ikiarmud tapan kimi dişlə-dişləyə, çörəyimizi yeyə-yeyə məktəbə yollanardıq. Yediyimizo armud öynəmizə bəs edirdi. Qayıdanda isə qoyun-qoltuğumuz dolu olardı.

QƏRİBƏDİR. Qardaşım Həsən 1958-ciildə Fizulidə yer aldı və bizi ora köçürtdü. Həmin armud ağaclarından birini dəçıxarıb rayona apardı və həyətdə əkdi. Armud yekəlib bara düşdü və ...həmintamı vermədi. Ağac elə bil yerdəyişmədən küsmüşdü. Qarasu dadı verirdi.Qardaşım Bakıya, mənə pay göndərəndə gedib kənddəki armudlardan yığıb göndərirdi.Həyətdəki armuddan isə araq çəkirdi. Beləliklə, armuddan kef çəkirdim.

1975-ci il idi. Onda mən "Azərnəşr”dəredaktor işləyirdim. O vaxtlar nəşriyyatın tematik planına düşmək Kərbəla müsibətiidi. Hər müəllif bu plana düşə bilmirdi. Müəlliflər illərlə nəşriyyata, MətbuatKomitəsinə, Mərkəzi Komitəyə təpik döyürdülər.

Bir gün Telman müəllim iş yerimə gəldi.Görüşdük. Qoltuğunda qovluq var idi. Stolumun üstünə qoyub xahiş etdi ki,oxuyum. Beş-on gün möhlət istədim... Razılaşdı.

Əlyaszma "Dalğalı dünyamız” adlanırdı. Oxudum. Məni bərktutdu. Bilmədiyim bir elmi sahəni Telman müəllim elə şirin publisistik bir dilləaçıb tökmüşdü ki, mən o sahəni həm öyrəndim, həm də içinə girdim. Mövzunu mənimsəmək,açmaq və şirin dillə çatdırmaq bacarığı hər sətirdə özünü göstərirdi. Əlyazmanıqurtaran kimi məmnunluqla redaktor rəyi yazdım və rəhbərliyin razılığı ilə növbətiilin planına saldıq. Kitab yazağzı işıq üzü gördü və mağazalarda tez birzamanda satılıb qurtardı. Bu, müəllifin həm elm aləmində, həm də böyük oxucuauditoriyası qarşısında növbəti uğurlarından biri idi.

BİR DƏFƏ ...Subaylığım bir böyükkimi Telman müəllimi çox üzürdü. İstədiyim qız bir gün dedi ki, bəsbibimqızıgil səni görmək istəyir. Sabah günortaya səni qonaq çağırırlar. Get,görsünlər.

Telman müəllimə zəng vurdum.Razılaşdıq. Deyilən vaxtda bacım qızını da, onun nişanlısını da götürüb DramTeatrının qabağına gəldim. Bina Dram Teatrının böyründə daş bina idi.

Telman müəllimlə görüşüb birlikdə yuxarı qalxdıq.



Gözəl süfrə açılmışdı. Süfrəyə Gəncəkonyakı da qoyulmuşdu. Bir-iki qədəhdən sonra ev sahibi ( o, Neftayırmazavodunda partiya təşkilat katibi idi) gülə-gülə dedi:

---Cavad hansınızsınız?

Mən şuxluq üçün bacım qızınınnişanlısını göstərdim. Gülüşmə düşdü və gələcək yeznəmiz əli ilə məni göstərdi:

---Yox,odur!

Mən şuxluğu bir az da artırdım:

--Niyə danırsan, ə, sən deyilsən?

Mənimüzə durmağım şaqqıltıya çevrildi. Ev sahibi çaşqın qalmışdı. Gah mənə, gah da "yeznəmizə”baxırdı. Gülüşmə kəsiləndən sonra o, çox səmimi şəkildə və ərklə ikimizdən də xəbəraldı:

--Doğurdanhansınızsınız?

Telman müəllim dillənəsi oldu və barmağını mənətuşladı:

---Budu!

Evsahibi sakitləşdi və hamının diqqəti mənə yönəldi. Qədəhlər təzədən dolduruldu.Telman müəllim məni xeyli tərifləyəndən sonra ev sahibinə tanışlıq və qonaqpərvərliküçün minnətdarlığını bildirdi. Qalxdıq.

Ovaxtdan indi əlli ildən artıq vaxt ötür. Bu illərdə mənim alim dostum neçə-neçəelmi kitablara, monoqrafiyalara, bədii publisistik əsərlərə imza atıb, şöhrətdolu, şərəf dolu ALİM ömrü yaşayır.

Tez-tezgörüşürük, zəngləşirik. Bütün söhbətlərimizin məxrəcində Qarabağ dayanır, onundilbər guşələrindən olan Qozluçay dərəsi cilvələnir.

Sağlıqolsun,əziz dost! Ora qoşa gedəcəyimizə çox qalmayıb, şirəsi bal dadan o armudağaclarının altında görüşənə kimi! O qızılı xəzəlləri ayağınla eşələyib armudyığmaq səndən, bir təndir çörəyi də məndən. Səksənin dizini necə yerə vurmusanelə də məğrur dayan!

CAVAD ZEYNAL

10.04.2020