adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Mart 2019 16:11
14907
ƏDƏBİYYAT

Oqtay RZA: ÇIXARMA YADDAN!

Alınyazısıdır sanki təzadlar,

Ümid– bəxt işığı, qəm yığın-yığın;

Xalqım,nə yaxşı ki, nikbinliyin var,

Fəqətfaciədir unutqanlığın.

Dəhşətlianları çıxarma yaddan,

İçilənqanları çıxarma yaddan!

Birvaxt ustadımız Mirzə Cəlilə.

ÖmərFaiqə də az qulaq asdıq;

Dost kimi yaşadıq nankorlar ilə,

«Kür, Araz, Ararat» şeirini yazdıq.

Müdhiş talanları çıxarma yaddan,

Əfi ilanları çıxarma yaddan!

Namərdi tanımaq – halal iş, savab,

Min zərbə alsa da düzlük sınmayıb;

Bəzən bilməmişik nə deyib Nəvvab,

Çox vaxt Veliçko da xatırlanmayıb.

Gültək solanları çıxarma yaddan,

Darda qalanları çıxarma yaddan!

Əyilməz vüqarın, dağ mənliyin var,

Özünə arxalan, özünə sığın!

Xalqım, nə yaxşı ki, nikbinliyin var,

Fəqət faciədir unutqanlığın.

Şəhid olanları çıxarma yaddan,

Heç zaman onları çıxarma yaddan!