Oqtay Kazıminin 85 illiyi qeyd olunub
Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq Artisti Oqtay Kazıminin xatirəsi yad edilib.
Bəstəkarın 85 illiyi münasibətilə keçirilən tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Oqtay Kazıminin ailə üzvləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. AMK-nın "Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Xalq Artisti Siyavuş Kərimi və bəstəkarın həyat yoldaşı Fəridə Kazımova çıxış edərək Oqtay Kazımi haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, konsertin bədii rəhbəri AMK-nın müəllimi, "Tələbə xoru”nun dirijoru Təranə Yusifovadır.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14