Oqtay Əsədov ÜAK-ın ləğvi ilə bağlı müzakirələr aparacaq
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən danışıb.
Adalet.az xəbər verir ki, spiker Milli Məclisin iclasında deyib ki, Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə buməsələni müzakirə edəcək:
"Artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.
Ötən gün Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib. Ali Məhkəmə ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47