Oqtay Əliyev dəfn olundu - YENİLƏNİB
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub.
Adalet.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.
12:43
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.
Adalet.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Hazırda mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
10:49
Ötən gün axşam saatlarında yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum dəfn ediləcək.
Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.
Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.
Digər Xəbərlər
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58
"Hamlet"- Lənətlənmiş taxt-tac - Adilə Səfərova yazır
06 Aprel 2026 10:56
Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırır
03 Aprel 2026 11:36
Side Antik Şəhəri: Tarix və turizmin qovuşduğu Aralıq dənizi incisi - FOTOLAR
01 Aprel 2026 10:42


Bakı -°C

