OPEC-in gəlirləri 12 illik minimuma enib
OPEC (Neft İxrac Edən Ölkələrin Təşkilatı) təşkilatının üzvü olan ölkələrin neft ixracından əldə etdiyi gəlirlər son 12 ilin minimal səviyyəsinə enib.
Adalet.az-ın məlumatına görə, "Report” ABŞ Energetika Nazirliyinin (EIA) hesabatına istinadən bildirir ki, 2016-cı ilin yekunlarına görə, OPEC-in ixrac gəlirləri 433 mlrd. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin analoji göstəricisindən 15% azdır.
Xatırladaq ki, 2016-cı ilin göstəricisində İranın gəlirləri də nəzərə alınıb. Nazirlik bildirib ki, OPEC-in 2016-cı il ixrac gəlirlərinin 133 mlrd. dollarlıq və ya 30,7%-lik hissəsi Səudiyyə Ərəbistanının payına düşüb.
EIA-nın proqnozlarına əsasən, 2017-ci ildə OPEC-in ixrac gəlirlərinin 539 mlrd. dollar, 2018-ci ildə isə 595 mlrd. dollar olacağı gözlənilir.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17