adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2019 13:59
129179
MÜSAHİBƏ

“Onun nəsli ermənidir” də deyə bilərlər, amma... - Rejissor Elvin Mirzəyev - AÇIQLAMA

DünənKonqres mərkəzində Elvin Mirzəyevin rejissoru olduğu Aprel şəhidlərinə həsrolunmuş"Doqquz qadının müraciəti” adlı bədii kampazisiya nümayiş olunub. Bu tədbirinardınca sosial şəbəkələrdə Evin Mirzəyevin sənət yoldaşları etiraz dolustatuslar paylaşıb ictimailəşdirilməsini tələb ediblər. Həmin statuslardan biri rejissor, aparıcı Lalə Əliyevaya məxsusdur:


"Diqqət! Aldığımız məlumata görə, dünən - aprel şəhidlərininildönümündə Konqres mərkəzində Qarabağ qazilərinin və şəhid ailələrinin gözüqarşısında... guya şəhidlərin xatirəsinə həsr edilmiş tamaşada bütün leytmotivQarabaq ermənilərinə müraciət üzərində qurulub: "Biz sizinlə birlikdə, sülh vədostluqda yaşamaq istəyirik!”. Şəxsən mən tarixdə belə alçaldıcı sülh təklifinərast gəlməmişəm!Prezidentin və bütün vətəndaşların düşmənitorpaqlardan çıxarmaq əzmiylə çıxışlar etdiyi... Ordumuzun günbəgün gücləndiyibir vaxtda bunu Azərbaycan xalqına qarşı sabotaj sayıram! Və məsələnin icyimailəşməsinitələb edirəm! Birinci sözü tamaşanın rejissoru Elvin Mirzəyevə deyəcəm: Utan! İkincini də lüt qızları müzakirə edənkolleqalarıma: Susmayın!”.

Adalet.az saytı olaraq məsələyə aydınlıq gətirməküçün rejissor Elvin Mirzəyevlə əlaqə saxladıq.




- Elvin bəy, dünən Konqres mərkəzində Aprel şəhidlərinəhəsr olunmuş tədbiriniz baş tutub. Bu gün həmin tədbir haqda bəzi həmkarlarınızetiraz dolu statuslar yazıb hamıdan məsələni ictamiləşdirməyi istəyiblər.Etiraz bununla bağlıdır ki, siz nümayiş olunan bədii kampazisiyanın leytmotivi Qarabaqermənilərinə müraciət üzərində qurulub: "Biz sizinlə birlikdə, sülh vədostluqda yaşamaq istəyirik!”. Həmin tədbirin rejissoru kimi bu haqda nə deyəbilərsiniz?

- Çox təəssüfedirəm. Görəsən o insanlar tədbirdə olubmu? Çünki mən Lalə Əliyevanın statusunugörmüşəm və statusunda "aldığımız məlumata görə” ifadəsini görüb belə anladımki, şəxsən özü tədbirdə olmayıb. Axı məlumat təhrif də oluna bilər, düzdür?Ssenari məndədir, bu tədbir dövlət əhəmiyyətli bir tədbir olduğuna görə onunssenarisini də kimsə özbaşına yaza bilməz. Mətnlər ciddi şəkildə təhlil olunub,dövlətimizin bugünkü geosiyasi vəziyyətinə, təbliğatlarına uyğun olaraq bədiiləşdirilib.Təhlil zamanı şəhid ailələrindən nümayəndələr, dövlət rəsmiləri də olub, mətnlərəbaxıblar və bu kampazisiyada ermənilərə hansısa xitab yox idi.

Kampazisiyanınəsas leytmotivi 9 qadının müraciətidir və elə tədbirin ümumi adı da budur. Nəüçün 9 qadın? Torpaq, kainat, ana, vətən– bunlar hamısı bizim üçün yaradan, ana anlayışındadır. Və düşünürəm ki, 30 ildavam edən bu müharibəni, faciəni onlardan yaxşı anlayan ola bilməz. Müraciət təkcəermənilərə yox, bütün kainata ünvanlanır.

Mətnin içindəbelə bir hissə var: Biz hər kəsi Vətənimizin hər bir güşəsini ziyarət etməyə, gəzməyə,hətta burada daimi yaşamağa belə çağırırıq. Bir çox insanlar azərbaycanlı qonaqpərvərliyivə xalqımızın yaradıcı xarakteri haqqında təkcə sözdə eşitməyiblər, hər kəsinözünü bizim torpaqlarda xoşbəxt hiss etməyə haqqı var. Biz azərbaycanlı olaraqböyüşürük, amma sülhlə, dostluqda, hörmətləvə qarşılıqlı məhəbbətlə, ədalətsiz, iddiasız, düşmənçilik və qəddarlıq olmadan.Bütün insanlar eyni kökdəndirlər və bizim yurdumuz, evimiz hər kəsin üzünəaçıqdır. Biz özümüzü bölüşürük, amma bütövlükdə yalnız onların yaşamasınabağışlaya bilmərik.

Və burdamüraciət olunur ki, sizin bizim evimizdə yaşadığınız halda, biz qaçqın, köçkünola bilmərik. Buna heç kim, heç bir xalq razı ola bilməz. Sonda biz bunudeyirik ki, gec-tez nə vaxtsa biz öztorpaqlarımıza qayıdacağıq. Təkcə Qarabağa yox.

Və ermənilərəyenə müraciət olunur ki, siz tarixi Azərbaycan torpaqlarında dövlət qurdunuz. Amma bu sizə indiki Ermənistanın azərbaycanlıetnosunu Vətənlərindən didərgin etməyə əsas vermir. Hər bir insan kimi biz də müharibənin əleyhinəyik. Amma bizöz torpaqlarımızda sizin idi Vətəniniz saydığınız bizim Vətənimizdə rahat nəfəsalmaq, torpağın ətrini, onun gözəlliyini duymaq istəyirik. Biz tək deyilik. Baxmayaraqki, bu qədər şəhidlər vermişik, yenə də çiyinlərinə söykəndiyimiz, güvəndiyimizoğullarımız var, Vətən hər bir qarışı şəhid qanı qoxan əmanətimizdir. İndi sizcəbu mətndə onların dediyi hansı xitabdan söhbət gedə bilər?


- Yazılır ki, həmkarınız Mir Sahib Ağazadə tədbirdəsizə etiraz edib.

- Bəli,Mirsahiblə gecə də yazışmışam. Ona böyük hörmətim var, şəxsinə heç bir mənfimünasibətim yoxdur. Amma ona izah etməyə çalışdım ki, bəlkə duyğulanıb, hisslərinəqapılıb, yaxşı dinləməyib? Axı mən "biz hər bir insan kimi müharibənin əleyhinəyik” deməyib başqa nə deməliyəm ki? İnsanları səhnədənmüharibəyəmi səsləyim? Axı bunu ermənilər də, digər millətlər də görə bilər. Biz aqressiv görünə bilmərik axı. Nə qədər butorpağı sevsəm də, Vətən sevgisilə yaşasam da, şəxsi hisslərimin təsirində qalabilmərəm. Çünki dilimdən çıxan hər bir kəlmə artıq mənim deyil, ölkəmindir. Əlbəttəki, mənim də doğmalarımın içində şəhid olanlar var, bu ağrıları yaşayanlar var.30 illik müharibədən sonra mən necə deyə bilərəm ki, gəlib barışaq? Amma dünyanı, bizə zillənən gözləri nəzərəalmalıyıq.

- Aprel döyüşlərində də, ondan qabaq da xeyli şəhidvermişik. İnsanlar mübarizə ruhuna kökləniblər. Bəlkə bu ab-hava olduğumuza görəsizin bu sülh çağırışınız etirazla qarşılandı?

- Mənim 44yaşım var, 2 uşaq atasıyam. Müharibənin başlanmısa yeniyetməlik dövrümə təsadüfedib. Müharibənin nə qədər faciəli olduğunu özümdə hiss eləmişəm. Əvvəllər musiqiçiolmuşam və faktiki olaraq bu müharibə həyatımı alt-üst edib, həyatda mövqeyimidəyişib, musiqiçi həyatım 10 il geri düşüb. Rejissorluq sonralar həyatımın birhissəsinə çevrilib. Əlbəttə ki,torpaqlarımızın azad olunmasını istəyirəm, amma şəhidlərimizin olmamasını daistəyirəm. Mümkün qədər az tələfatla, itkiylə torpaqlarımız alınmalıdır. İndidurub bu insanları necə-gəldi müharibəyə səsləmək digər ölkələr kimi bizim dəfaciəvi sonluğumuza gətirib çıxarmazmı?

Məsələn,torpaq simvolu olan Mehriban Zəki belə deyirdi: Aprel döyüşləri Azərbaycanordusunda, azərbaycanlıların döyüş ruhunda, təfəkküründə dönüş nöqtəsi oldu.Özünə güvən hissini qaytardı.

Şəhidlərinadı çəkilir, zalda əyləşmiş ailələrinə xitabən deyilir: Şəhidlik adi bir ölümdeyil. Vətən, torpaq, böyük amallar uğrundacanından keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. Şəhidlikverilmiş ömür payının gələcək nəsillərə xoşbəxtliyini bağışlamaqdır. Bu mənadainsanın dünya həyatına ən gözəl əlvida deməyidir. Onlar bu şücaətlərilə bizəişıqlı bir yol açdılar, artıq 90-cıların ruh düşkünlüyü deyil, öz qələbəsinə,qalibiyyətinə inam dövrü başlandı.

Dünən bu mətnlərsəsləndirilib. Bu mətnlərdə mənfi nə var? Mən istəmirəm ki, mətnlər təhrifolunsun.

- Görünür, Mirsahib bəy şəxsi hisslərinə qapılıb.

- Mirsahib bəyigözəl başa düşürəm, amma çox təəssüf edirəm, ondan heç gözləməzdim. Ola bilər,insandır, çalışdım ki, izah edim. İndi mənim üstümdən xətt də çəkə bilərlər,düşmən də çıxara bilərlər, ictimailəşdirib "onun nəsli ermənidir” də deyə bilərlər.Axı bizim səhnədə çıxış edənlər də düşüncəli insanlardır, robot deyillər.Yaxşı, mən səhv etmişəm, bəs onlar? Onlar mənim səhvimi deməzdilərmi?