adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 16:24
64
İQTİSADİYYAT
A- A+

"Onu dəqiqliklə yoxlamasaq, siz deputatlar deyəcəksiz ki..." - General

"Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artıb. Bizə elektron məlumat verilmədən, birdən-birə çox sayda yük gətirilib hava linanına qoyuldu. Hava limanında gələn əmlakı yoxlamaq lazımdır. Ünvan sahibinin kim olduğunu bilmək lazımdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.

"Biz məcbur olduq az resursla onu hesablamağa məcbur olduq. Bu mal başqa məqsədlər üçün də gətirilə bilər. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, elə bir dərmanlar, psixotrop maddələr gətirilə bilər ki, onların icazəsi olmalıdır. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyəcəksiz ki, gömrük baxmır, bunu buraxır. Buna görə, bir müddət, təqribən 2 həftə kimi “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin “Temu”nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin”, - deyə komitə sədri bildirib.