adalet.az header logo
  • Bakı -°C
06 Sentyabr 2026 16:25
66
DÜNYA
A- A+

“Onların neft tankerlərini məhv edəcəyik” - İranı hədələdi

ABŞ-nin müharibə naziri Pit Heqset İrana açıq xəbərdarlıq edərək, amerikalı hərbçilərə hücumlar davam edəcəyi təqdirdə ölkənin bütün neft tankerlərini məhv edəcəkləri ilə hədələyib.

Adalet.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Heqset bildirib ki, Vaşinqtonun mövqeyi tamamilə aydındır:

“Hər şey çox sadədir. Əgər İran ABŞ gəmilərinə atəş açmaqda davam edərsə, biz onların neft tankerlərini məhv edəcəyik. Etməli olduqları tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır. İranın tanker donanması tamamilə müdafiəsiz vəziyyətdədir. Onun sözlərinə görə, Tehranın bu gəmiləri qorumağa qadir nə hərbi dəniz, nə də hərbi hava qüvvələri var”.

Qeyd edək ki, Heqsetin bu sərt çıxışından dərhal sonra İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi Vaşinqtona cavab verib. O vurğulayıb ki, növbəti zərbələr əvvəlkilərdən daha ağır və ciddi olacaq.

Xatırladaq ki, bundan əvvəl İranın Hörmüz boğazında 6 gəmiyə zərbə endirməsindən sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç neft tankerinə cavab zərbəsi vurulduğunu açıqlamışdı.