Onların DÇ-2022 favoritləri hansı ölkələrdir?
Hər kəsin diqqəti Futbol üzrə Dünya Çempionatına kəsilib. Bu ilin favoritləri Braziliya və Fransa millisi olsa da, hər kəsin öz favoriti var.
Adalet.az bu barədə sorğu keçirib.
“Xəzər TV”nin idman şərhçisi Ceyhun Rzayev: “Favoritim Braziliya yığmasıdır. Təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. Braziliyalılar əzəldən hücum futbolu oynayıblar. Bu yığma isə kollektiv şəkildə əla müdafiə olunmaq bacarığı ilə də seçilir. Çox balanslaşdırılmış və komplektləşmiş komandadır”.
“CBC Sport” kanalının idman şərhçisi Elnur Məmmədli: “Konkret bir komanda adı çəkmək çətindir. Ümumiyyətlə, dünya çempionatında ənənəvi favoritlər var. Sadəcə qrup mərhələsindən sonra müəyyən fikirlər bildirmək olar. Braziliya, Fransa indi qələbəyə da çox şanslı sayılır. Amma İngiltərəni də hesabdan silməzdim. Sautqeytin komandası pillə -pillə inkişaf edir. DÇ-2018-də yarımfinala kimi gəldilər. Son Avropa çempionatında final oynadılar. İndi də komanda yaxşı təsir bağışlayır”.
Futbol azarkeşi olan“Ədalət” qəzetinin əməkdaşı Sübhan Mahmudovfavorit komandasının Portuqaliya olduğunu deyib. O qeyd edib ki, Kriştiano Ronaldo fanatı olduğu üçün Portuqaliya millisinə azarkeşlik edir.
Eminquey
Digər Xəbərlər
31 Mart 2026 20:46
“Tottenhem”in yeni baş məşqçisinin adı açıqlandı
31 Mart 2026 18:43
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
31 Mart 2026 18:06
“Fənərbağça”nın prezidenti qəzaya düşdü
31 Mart 2026 12:22
"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" - FİFA prezidenti
31 Mart 2026 10:45
Türkiyə millisi bu gün dünya çempionatına vəsiqə qazana bilər
31 Mart 2026 10:17
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
30 Mart 2026 13:21
Azərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı
30 Mart 2026 10:15


Bakı -°C

