adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 18:11
85
DÜNYA
A- A+

"Onları məhv edin" - Tramp əmr verdi

"Hörmüz boğazında mina yerləşdirən bütün qayıqların məhv edilməsini əmr etmişəm".

Adalet.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən istənilən qayığı atəşə tutmağı və məhv etməyi əmr etdim.

Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, minaaxtaran gəmilərimiz hazırda boğazı təmizləyir. Mən bununla əməliyyatın davam etməsini əmr edirəm, amma üçqat sürətlə", - deyə o qeyd edib.