adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2017 14:53
6506
MƏMLƏKƏT

ONLARI ALLAH DA ÇOX İSTƏYİR

Deyirlər ki, həkimlərAllahla insan arasında bir körpü yaradır. Daha doğrusu, onları Allahın yerə göndərdiyimələklərdir. Elə bu mələklərin əliylə Allah-Təala müxtəlif xəstəliklərə düçar olmuşinsanların çoxunu xilas eləyir. Tanınmış və tanınmamış həkimlər də xəstəni müalicəedəndə, üzərində cərrahiyyə əməliyyatı aparandabirinci Allahı köməyə çağırırlar. Əgər Allah kömək edəcəksə, deməli, o həkim dəxəstənin həyatını ölümün pəncəsindən ala biləcək…

Bizim məmləkətimizdəsözün açığı, yerli həkimlərə bir o qədər də inam yoxdur. Amma nahaq yerə, vallahbizim ölkəmizdə də dünyanın o «bərk gedən» məmləkətlərinin həkimlərindən savadları,dünyagörüşləri və təcrübələriylə geridə qalmayan həkimlərimiz az deyil. Nə yaxşıki, bu həkimlər var və onlar bizi müalicə edirlər.

Hətta elə xəstələrolur ki, İrana gedib, Türkiyədə olub, tam müalicə edilməyib. Yadıma böyük şair BəxtiyarVahabzadənin xəstələnməsi düşdü. Bəxtiyar Vahabzadə prostat xəstəliyi ilə əlaqədarTürkiyədə müalicə olunmuşdur. Amma bu o qədər də müsbət nəticə verməmişdi. Onu«Kaspar»ın xəstəxanasında professor Südeyif İmamverdiyev əməliyyat elədi və bu əməliyyatda uğurla alındı. Yaxşı yadımdadır, onda Ulu Öndər Heydər Əliyev xəstəxanada BəxtiyarVahabzadəyə baş çəkmişdi və savadlı həkimlərimiz haqqında da öz ürək sözlərini demişdi.

Çox imkanlı dostlarımızdanda biri böyrəyi ilə bağlı İranda da olmuşdu, Türkiyədə də. Amma onu yerli həkimlərimizdənbiri daha yaxşı müalicə eləmişdi və dostumuzun da ağırsı-acısı çəkilmişdi. Sözümüncanı ondan ibarətdir ki, bu gün Azərbaycanda güvəniləsi və ümid bəsləniləsi xeylihəkimlərimiz var. Məsələn, kardio-cərrah, tibb elmləri doktoru Firdovsi İbrahimov,kordioloq, tibb elmləri namizədi Rafiq Yusifli, allergioloq, professor Kamal Hacıyev,tibb elmləri doktoru Müşfiq Həsənov, oftolmoloq Rasim Hacıyev, ən nəhayət, mənimyaxın dostlarımdan olan, neçə-neçə insanı həyata qaytarmış nervopotoloq İdrak Həsənov.

Adlarını çəkdiyimbu həkimlər dünyanın ən məşhur həkimlərindən heç də geri qalmırlar. Onlar özləridə təhsillərini və təcrübələrini Avropa ölkələrində davam etdiriblər. Məhz bunagörə də həkim olaraq onlara pasiyentləri çox güvənir. Şəxsən bu sətirlərin müəllifiyuxarıda adlarını sadaladığım həkimlərin hər birinin istedadının, təcrübəsinin şahidiolub.

Bir faktı da qeydedim ki, adını sadaladığımız bu gözəl ziyalıların, həkimlərin dünya malında gözləriyoxdur. Yəni onlar başaqaları kimi hansısa xəstədən nəsə ummurlar. Sadəcə olaraqqanuna uyğun olaraq hər hansı özəl klinikaya pul ödəyirsən və onlar da sənə yüksəksəviyyədə tibbi xidmət göstərirlər.

Bu mövzuda yazı qələməalmağımız heç də təsadüfi deyildi. Çünki bu yaxınlarda saytların birində respublikamızınən güclü həkimlərindən biri olan allergioloq, professor Kamal Hacıyev barəsindəədalətsiz bir yazıya rast gəldim. Onu yaxından tanıdığıma və nə dərəcədə təmiz,vicdanlı, səmimi bir ziyalı olduğuna görə, ürəyimdən keçənləri bir daha oxucularınnəzərinə çatdırmaq istəyirəm. Kamal həkim uzun müddət Rusiyada işləyib və xeylivaxtdır Azərbaycana qayıdıb. Bu sahə üzrə barmaqla sayılası mütəxəssislərdəndir.Bunu heç də təsadüfən demirəm. Belə ki, vaxitlə allergiyadan əziyyət çəkən mənimüç qohumumu Kamal həkim həyata qaytarıb, özü də heç bir təmənna ummadan. Sadəcəolaraq, özəl klinikanın pulu ödənib və o da bunun müqabilində xəstələri müalicəedib. Hansı ki, ondan əvəl neçə-neçə həkimə müraciət etsək də, onların yazdığı dava-dərmanlarınheç bir müsbət nəticəsi yox idi.

Yaxın dostum RafiqYusiflinin tanışlığı ilə xəstəmizi Kamal Hacıyevin yanına apardıq və o da xəstəmizimüayinə etdi, düzgün diaqnoz qoydu. Bir kurs mualicədən sonra biz məəttəl qaldıq.Ağır vəziyyətdə olan xəstəmiz tamamilə yaxşılaşmışdı. Bir il bundan qabaq mənimnəvəmin səhhətində problem yarandı. Onu da rayonda və Bakıda bir çox həkimlərə göstərdik.Ancaq müalicələr effekt vermədi. Yadımıza yenidən professor Kamal Hacıyev düşdü.Onun müayinəsindən və müalicəsindən sonra nəvəmdə yaranmış səpgilər yavaş-yavaşmüalicə olundu. İndi şükür Allaha, nəvəm özünü çox yaxşı hiss edir.

Bəzi həkimlər varki, xəstəsi ona hər hansı çətinliklə bağlı telefon açanda o həmin zəngə çavab vermir,ya da telefonu söndürür. Amma Kamal həkim yeganə həkimlərdəndi ki, 24 saat telefonuaçıqdı, çətinliyə düşən və məsləhət almaq istəyən xəstəsinə hər an cavab verir,məsləhət və göstərişlərini əsirgəmir. Özünü də tapa bilməsən, yanındakı tibb bacılarısənə mütləq həmin an öz köməkliklərini göstərəcəklər.

Pasiyentlərdən biriqeyd edir ki, guya Kamal həkimin qəbulu 56 manatdır, Bu tamamilə yalnış məlumatdır. Çünki onun qəbuluözəl klinika tərəfindən müəyyənləşdirilir və bu qiymət də 45 manat civarındadır.Üstəlik də yarım ay müddətində hər hansı xəstə yenidən professorun yanına gələrsə,pulsuz qəbul edilir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə təmiz, vicdanlı vəədalətli həkimlər var. Sadəcə olaraq, bir çox halda kimlərsə onları gözdən salmaqistəyir və nüfuzuna xələl gətirməyə çalışır.

Professor Kamal Hacıyevinqəbuluna düşmək bir qədər çətin olsa da, əsas məsələ ondan ibarətdir ki, hər hansıxəstə onunla görüşəndən və həkimin müayinəsindən sonra səhhətində yaranmış problemidəqiqliklə bilir və çıxış yolunu da tapır. Əlbəttə, birinci insanın həyata qaytaran, qoruyan Allahdır.Ondan sonrası həkimlərin əlindədir.

Gərək elə həkiminəlinə düşəsən ki, o sənə şəfa verə bilsin. Məhz professor Kamal Hacıyev də beləhəkimlərdəndir. Yəni o, öz ixtisası üzrə ölkəmizdə barmaqla sayılası həkimdir. Bucür həkimləri isə qorumaq, hörmət etmək və sevmək lazımdır. Çünki biz yaxşı həkimlərinqədrini bilməsək, onlara şər-böhtan atsaq və bu həkimlərin də bir gün qəlbi bizdənsınacaq və ölkəmizdən çıxıb gedəcəklər.

Faiq QİSMƏTOĞLU