adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2017 12:37
11672
MƏMLƏKƏT

ONLAR VƏTƏNİ SEVİRLƏR

Vətən sevgisi hərbir bağçadan, hər bir ailədən və hər bir məktəbdən başlayır. Yəni uşaq dil açandan,ağlı kəsəndən bu müqəddəs kəlamı yaddaşına həkk edir. Daha doğrusu, «Vətən» sözünüonların yaddaşına böyüklər, tərbiyəçilər, müəllimlər yazırlar. Təbii ki, hər hansıuşaq gözünü açıb ətrafındakı insanları görəndə, tanıyanda zaman-zaman dərk edirki, bu gördüyü yurd, gördüyü ocaq Vətəndir, anadır!

Bayaq dedik ki, Vətənisevdirən insanlardan biri də müəllimlərdi. O müəllimlər ki, bizə savad veriblər,düz yol göstəriblər və ən nəhayət, Vətəni sevməyi öyrədiblər. Və Vətən sevgisi hərbir məktəbdə, hər bir təhsil ocağında gənclərin yaddaşına və dünya görüşünə dahageniş hopdurulur. Başqa sözlə demiş olsaq, bu yeniyetmələr və gənclər Vətəni böyükmənada orta məktəblərdə təhsil aldıqları 11 ildə daha dərindən dərk edirlər.

Füzuli rayonundada şagirdlərin vətənpərvərlik tərbiyəsi, Vətənə olan böyük sevgisi və istəyi həmişədiqqət mərkəzində saxlanılır. Cəbhə bölgəsi olan bu rayonda yeniyetmələrin və gənclərinvətənpərvərlik ruhunda tərbiyə edilməsinə çox böyük ehtiyac var. Çünki bu gənclər hər şeyi yaxşı bilir və hər şeyi yaxşıda başa düşürlər. Onlar düşmənin işğal etdiyi Füzuli rayonunun iki addımlığındayaşayırlar. Yəni bu iki addımlıqda yağı düşmənin hansı hoqqadan çıxdığını, hansınamərdlik etdiyini hər bir füzulili gənc və şagird çox yaxşı bilir.

Horadiz şəhəri yağıdüşmənin qarşısında duran möhtəşəm bir qalaya bənzəyir. Artıq bu qala zaman-zamandaha da möhkəmlənib və möhtəşəm olub. Çünkiondan əvvəl dünyanın tanıdığı və yenidən tikilən bir kəndi dayanıb – CocuqMərcanlı. Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev tikilib və hər cür infrastrukturlasakinlərin istifadəsinə verilib. Orda Şuşa məscidinin oxşarı olan iki minarəli vəiki salonlu möhtəşəm məscid fəaliyyət göstərir. Artıq ikinci mərhələdə isə 100 evtikilib, məktəb, uşaq bağçası, xəstəxana tam hazır vəziyyətdədir. Bu gün, sabahCocuq Mərcanlıya sakinlərin ikinci axını başlayacaq.

Elə bil mətləbdənbir qədər uzağa düşdük. Axı biz Horadiz şəhərindən danışırdıq. Horadizin özündəbir neçə nümunəvi tam orta məktəb var. Onlardan biri də 2 nömrəli Horadiz şəhərtam orta məktəbidir. Məktəbə çox savadlı, təcrübəli, ziyalı bir xanım rəhbərlikedir – Ləman Əliyeva. Ləman Əliyeva həm də Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsidir.Bu xanım o qədər bacarıqlı, o qədər təşkilatçı ziyalıdır ki, kimin o məktəbə yoludüşsə, bu təhsil ocağında yüksək tədrisin, təlim-tərbiyənin şahidi olar.

Bu gün təhsil ocağında271 şagird oxuyur. Əlbəttə, düşmənin iki addımlığında yerləşən şagirdlərin vətənpərvərlikruhunda tərbiyə edilməsi daim diqqət mərkəzindədir. Bu şagirdlər aprel döyüşlərizamanı hər şeyi öz gözləri ilə görüblər. Bu şagirdlər qəhrəman oğullarımızın erməniişğalçılarını necə məhv etdiklərinin şahidi olublar. Və bu şagirdlər və müəllimləraprel döyüşləri zamanı bir saata da olsun Horadizi tərk eləməyiblər. Elə ən byöükvətənpərvərlik odur ki, döyüşlərin ən qızğın məqamında, ən çətin anında Horadizdəolasan və döyüşən əsgərlərimizə dayaq durasan. O uşaqlar aprel döyüşləri zamanı hətta dəstə ilə qan verməküçün xəstəxanalara axışırdılar. Bax, budur Vətəni sevmək! Bax, budur vətənpərvərlik!

Məktəbin direktoruLəman Əliyeva deyir ki, biz tez-tez şagirdlərimizlə bir yerdə hərbi hissələrə başçəkir, tarixi günlərdə, xüsusən Novruz və Yeni il bayramlarında onları yaddan çıxarmırıq.Dəfələrlə məktəbimizin kollektivi sərhəd qoşunlarının «N» hərbi hissəsində və eləcədə digər hərbi hissələrdə olub. Hətta əsgərlərimizə şagirdlərimiz məktub yazmağı və bayram günlərindəsovqat aparmağı belə yaddan çıxarmayıblar. İndi yeni il münasibəti ilə biz yaxıngünlərdə yenidən hərbi hissələri ziyarət edəcək, əsgərlərimizlə görüşəcəyik. Bugörüşlər həm əsgərələrə, həm də şagirdlərimizə çox yüksək ovqat verir. Bu görüşlərbir daha şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirir.

Ötən il bu məktəbibitirmiş 21 məzundan 7-si müxtəlif ali məktəbin tələbəsi adını qazanıb. 2 məzunisə 500-dən yuxarı bal toplayıb. Məktəbin məzunu Rüstəmli Raiq 580 balla PrezidentYanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Könül Mahmudova isə 530 ballaDillər Universitetinin tələbəsi adını qazanıb. Xan Abbasquluzadə 467 balla AzərbaycanNeft Kimya Akademiyasının tələbəsi adınıəldə edib. Bütün bunlar onu göstərir ki, Horadiz şəhər 2 nömrəli tam orta məktəbindətədrisin keyfiyyəti müasir tələblərə cavab verir və şagirdlərlə yeni texnologiyanınsirləri öyrədilir.

Aydındır ki, müasirtədrisin dünya səviyyəsində olması üçün hər bir müəllim öz üzərində işləməli,yeni metod və texnologiyalardan bəhrələnməlidir. Bu mənada məktəbin müəllmilərindənİradə Behbudova, Hikmət Quliyev, Vüqar Həsənov, Ülviyyə Quliyeva digər müəllimlərdəntamamilə seçilirlər. Onlar həm tədrisin yeni metodlarından istifadə edir, həm dəmüasir texnologiyaya üstünlük verirlər. Onu da qeyd edək ki, adını və soyadını çəkdiyimizmüəllimlər Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə yüksək baltoplayıblar.

Horadiz şəhərinin2 nömrəli tam orta məktəbində demək olar ki, bu gün çox sağlam bir mühit yaradılıb.Burda direktor-müəllim və valideyn münasibətləri ən sivil qaydada tənzimlənir, mövcudproblemlər qısa zaman kəsiyində və heç bir söz-söhbət olmadan öz həllini tapır.

Məktəbin direktoruLəman xanım Əliyeva bir daha bizimlə söhbətində bir fikri xüsusilə vurğuladı ki,bizim yaşadığımız şəhər strateji əhəmiyyətli mövqedir. Biz burda gənclərimizi, şagirdlərimizielə bir vətənpərvərlik ruhunda tərbiyə etməliyik ki, onlar hər an, hər dəqiqə hərbir çətin vəziyyətə hazır olmalıdılar. Tam məsuliyyətlə deyirəm ki, bizim məktəbdəbu ruh yüksəkliyi yaradılıb, şagirdlərimizin Vətən sevgisi əbədi bir məşəl kimiişıq saçır. Mən inanıram ki, Vətən onların hər hansı birinə «oğul» desə, bu uşaqlarhəmin an, həmin dəqiqə silaha sarılıb düşmənin üstünə atıla bilər…


Faiq QİSMƏTOĞLU