Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
Özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.
Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” Qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hal-hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcəkdir. Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcəkdir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
02 Fevral 2026 15:57
"Uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb" - Komitə sədri
02 Fevral 2026 10:47
Bəzi xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edildi
02 Fevral 2026 09:51
O hadisədən sonra “cola” içməyə son qoydum – Müşfiq Abbasov
31 Yanvar 2026 17:22
"Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır"
31 Yanvar 2026 15:21
Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyətə başlaya bilər
31 Yanvar 2026 11:43
Donor olmaq istəyən deputatlar var - Komitə sədri açıqladı
29 Yanvar 2026 16:46
Uşaqların boy artımının zəifləməsi nə ilə bağlıdır? - AÇIQLAMA
28 Yanvar 2026 14:29


Bakı -°C

