adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Iyul 2020 19:44
19088
MƏMLƏKƏT

Onkoloji klinikanın yaxınlığında yaşayış binasının tikintisi narahatlıq yaratdı - RƏSMİ AÇIQLAMA

Tibb Universitetinin Onkoloji Klinikasınınyaxınlığında tikilən bina narazılığa səbəb olub.

Oxu.Azxəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlarda ATU-nunOnkoloji Klinikasının laboratoriyasının yaxınlığında ikiyanaşı binanın tikildiyi görülür.

Binanın çox əlverişsiz yerdə inşa edilməsi narazılığa səbəb olub. Binalardan birinin eyvanı digər binanın divarına baxır. Hər kəsə maraqlıdır ki, bu binaların tikintisi başa çatdıqdan sonra orada kim yaşayacaq? Ümumiyyətlə, bu ərazidə yaşayış binasının inşası əlverişlidirmi? Tikinti zəruri qaydalara cavab verirmi?

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluOxu.Az-ın sorğusunu cavablandırıb. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Orxan-TİT” MMC-yəNərimanov rayonu, M.Sənani küçəsi, 13 və 15 saylı ünvanlarda yerləşən şəxsi torpaq sahəsində və ona bitişik ərazidə yaşayış binasının layihələndirmə işlərinin aparılması üçün sərəncam 2015-ci il 29 dekabr tarixində verilib.

Müvafiq sərəncam nəzərə alınmaqla tikinti layihəsi razılaşdırıldıqdan sonra 2016-cı il 15 dekabr tarixində sözügedən ünvanda yaşayış binasının tikintisinə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib.