Onbirincilərin NƏZƏRİNƏ: Martın 5-də bu rayonlarda imtahan olacaq
Martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Verilən məlumata görə, martın 5-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

