adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 May 2018 16:17
14219
ƏDƏBİYYAT

ÖN SÖZ HAQQINDA SÖZ

Söhbət Məmməd Orucun Rusiyadayaşayan soydaşımız, RF Əməkdar Mədəniyyət işçisi Knyaz Qoçaqla birlikdə rus şairiAleksandr Kerdanın «Obereq» (Ümid mələyi) kitabı əsasında tərtib və tərcümə etdiyi«Ümid mələyi» kitabına görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət xadimi SəyavuşMəmmədzadənin yazdığı «Körpü» adlı ön sözdən gedir. Aleksandr Kerdanın «Ümid mələyi»kitabı haqqında artıq mətbuatda xəbərlər yayımlanıb, mənim daha çox diqqətimi çəkəndüşündürən isə bu şeir toplusuna yazılmış ön söz oldu. Hər cümləni oxuyanda Səyavuşmüəllimin özünəməxsus gur, şaqraq səsini eşitdim, hər cümlənin qatlarına varınca,ümumiyyətlə rus şeirinə, tərcümə sənətinə qarşı məhəbbət duydum. O yazır ki, «Obereq»(«Ümid mələyi») kitabında A.Kerdanın şeirlərini oxuyandan sonra istəkli həmkarlarımıntərcümələrində də göz gəzdirdim və bəri başdan qeyd edim ki, M.Oruc da, K.Qoçaqda bu çevirmələrdə tam sərbəstdilər və onların başlıca məqsədi müəllifin fikrini-amalını,məramını çatdırmaqdı. Və sözün bu yerində ağsaqqal, peşəkar tərcüməçi çox ehtiyatlaqeyd edir ki, bu bir qədər mübahisəli yanaşma olsa da, düşünürəm ki, M.Oruc da,K.Qoçaq da sıradan qələm sahibi deyillər. Və beləliklə ön söz müəllifi nikbinliyinidə ehtiyatla bildirir: «Hər-halda uğurlar arzulayıram: rus mənəviyyatını, çağdaşrus dünyagörüşünü öz şeirlərində yaşadan A.Kerdana da, bu şeirlərin tərcüməkarlarıM.Oruca da,K.Qoçağa da; hər şeydən öncə ona görə ki, Rusiya ilə geniş əlaqələrin (bütünsferalarda) xatirəyə çevrildiyi bir zamanda «Ümid mələyi» kitabı ilə yeni bir körpüatılıb.

Ümumiyyətlə, ön söz, mənim aləmimdəhər hansı bir kitabın açarıdır. Bu anlamda mən Səyavuş müəllimin yazısında yalnıztərcüməçilərin fəaliyyəti haqqında yox, müəllif barəsində də kifayət qədər bilgilənəbildim. Məlum oldu ki, A.Kerdan istefada olan polkovnikdi və o iftixarla yazır ki,xidmət etdim, nə öldürdüm, nə öldüm:«Bəli, o özünün «əfqan» keçmişini – Əfqanıstanda keçən əsgər həyatını bu sayaq xatırlayır,amma bununla belə L.D.Vinçinin məktublarına istinad edərək yazır ki, Düşmənin nifrəti bülöv daşıdır, dostluğu – eşqkimi gözünü tutar. S.Məmmədzadə ön sözdə başqa bir tərcüməyə də diqqət çəkirvə vurğulayır ki, dostlarla əylənmək, gülməkçox xoşdu, Dostsuz da ötüşür amma ağıllı...

S.Məmmədzadənin ön sözündə biroxucu kimi mənə bir həqiqət də bəlli oldu: Sən demə, son illər M.Oruc Rusiya vətəndaşıolan soydaşımız K.Qoçaqla birlikdə çağdaş rus şair və yazarlarından Dmitri Mizqulinin,Yeremey Aypinin, Sergey Kozlovun, Aleksandr Tarxanovun, Andrey Titovun, Andrey Postarqayevin,İrina Ryabininanın, Pavel Çerkaşinin, Vyaçeslav ar-Serqinin, İvan Şelekovun, RuslanMartaqovun da şeir və hekayələrini ana dilimizə çevirib və onların bu xidməti rusədəbi ictimaiyyətində dəfələrlə dəyərləndirilib.

Sevgi haqqında yeni söz deməkmümkünmü? Amma A.Kerdan Platona istinad edərək ki, deyir ki, Sevgi –bu dünyanın çiçəyi deyil (Lyubov – Nezdesniy tsevetok...).

Dərhal sezilir ki, haqqında sözügedən ön sözü də S.Məmmədzadəyə böyük anlamda sevgi yazdırıb: rus poeziyasına vəeyni zamanda tərcüməçi həmkarlarının zəhmətinə qarşı sevgi. Və məncə buna örnəkdə demək olar, ibrət də.

Keçən ilə qədər, əsasən, rus klassikşairlərindən etdiyi tərcümələri kömpüterdə yığdırmaq üçün AYB-yə gəlirdi, bir iləyaxındır ki, yeni tərcümələrini və eləcə də məqalələrini yaxın dostları ilə mənəgöndərir. Bilirəm ki, bu ömrünün 9-cu onilliyini yaşayan şairin səhhəti ilə bağlıdır.Amma bununla belə hər dəfə onun çətin oxunan xətti ilə üzləşəndə gur, şaqraq səsinieşidirəm. Amma AYB-nin divarları daha bir səsi eşitmir...

Şəmsiyyə Camalova