adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Avqust 2014 11:44
6741
HADİSƏ

On rayonda heyvanlar arasında xəstəlik aşkarlanıb

Bərdə və Zərdab rayonlarında heyvanlar arasında virusxəstəliyi yayılıb.
Bunu publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətininmətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O qeyd edib ki, artıq virusayoluxan heyvanların sayı 100-dən çoxdur.

 

Y. Xanvəlinin sözlərinə görə,adıçəkilən rayonlarda xəstəliyə qarşı ciddi mübarizə aparılır: "Xəstəlikaşkarlanan təsərrüfatlarda dezinfeksiya işləri görülüb. Simptomatik müalicətədbirləri aparılır. Aparılan işlər effektini verir. Ölkədə "Nodulyar dermatit”adlı virus xəstəliyi Baytarlıq Xidmətinin tam nəzarətindədir”.

 

Y.Xanvəli bildirib ki, ümumilikdə, 10-ayaxın rayonda bu xəstəlik qeydə alınıb: "Bir müddət əvvəl Samuxda 8 başheyvanda xəstəlik qeydə alınmışdı. Həmin heyvanlar tam müalicə edilib. Virusunilk qeydə alındığı rayonlarda xəstəlik davam edir. Lakin bununla yanaşı müalicəişləri də aparılır. Xəstəliyin daşıyıcıları qansoran həşəratlardır. Buna görədə, onun qarşısını almaq çox çətindir”.

 

Xatırladaq ki, bir müddət əvvəlheyvanlar arasında yayılmış Nodulyar dermatit xəstəliyi qansoran həşəratlarvasitəsilə yayılır. İnsana keçməsə də, o, heyvanlarda nəsil artım və süd verməkqabiliyyətini aşağı salır.