Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?
Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.
Adalet.az xəbər verir ki, ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını həbsxanada çəkəcəklər.
Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Melikset Paşayan və Qarik Martirosyan cəzalarının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Davit Allahverdiyan cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Digər Xəbərlər
28 Fevral 2026 00:10
Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşıb - VİDEO
27 Fevral 2026 19:37
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı...
27 Fevral 2026 19:15
Füzulinin iki kəndində yeni evlər tikilir
27 Fevral 2026 17:54
Efiopiyanın Baş naziri Səngəçal neft terminalında
27 Fevral 2026 17:42
ANAMA-ya yeni vəzifə həvalə edildi
27 Fevral 2026 17:11
FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib
27 Fevral 2026 15:49
"Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır" - Komitə sədri
27 Fevral 2026 14:19


Bakı -°C

