adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2019 10:15
14797
ƏDƏBİYYAT

Ömür - sözün gələcəyi - İnqilab İsaq


(Qələm dostum Rübail Allahverdiyevin xatirəsinə)

Gəlimli-gedimli dünyanın əzəli-əbədi qanunları... Doğulanlar yaşayırsevgi qanadında, söz tilsimində, yerin cazibəsində, göyün nağılında. Çığırlaryola, yollar arzulara uçüş eyləyir. Pöhrələr göz açır, fəsillər fəsilə, nəsillərnəsilə salam söyləyir. Ürəkdən, qəlbdəngizlin bir nida qopur - Həyat, sən necə də şirinsən. Bu həqiqəti ruhu ilə dərkəedib yaşayanlardan biri də söz-sənət adamlarıdır, dünyanı rənglərin içində görənadamlar...

O, ulu Gəncədə doğulmuşdur. Elm, sənət, söz məcnunu idi. 15-dən çox şeirkitabının, elmi monoqrafiyaların müəllifi idi. Ömür vəfa etsəydi bu il onun mayayının 21-də 79 yaşı tamam olacaqdı... Amma neyləməli ki, həyatın bir adı da əbədiayrılıqdı. Qürürverici məqamlardan biri də odur ki, indi onun əsərləri qədirbilənoxuculrın ixtiyarındadır, sevə-sevə oxunur. Şair ömrü isə xatirələrdə yaşayır,zamanla üz-üzə...

...Rübail yaradıcılığının bir poetik çələngi də onun rübailəridir. Biz dəunudulmaz sənətkarın rübai aləminə üz tutduq, sevgiləri, arzuları ilə üz-üzəqalmaq niyyəti ilə.

Rübailər dilə gəlir

Zaman şair ömrünü ölçüsüz-biçisiz doğrayıb gödəltsə də, amma sənətkar qəlbininhaqq bayrağını ucalığa qaldıran qələminə gücü çatmır. Onun qələmdaşı ilahisehrin pıçıltıları ilə sözə çevrilir. Nə yaxşı ki, sözün və qələmin gücü əlahəzrətzamanın önündə aciz deyil.

Rübail yaradıcılığının çoxcəhətli çalarları onun poetik siqlətində, zənginmövzu axtarışlarında və həyatı müxtəlif yöndən müşahidə etmək bacarığındadır.Xüsusilə onun sevgi və məhəbbət ünvanlı rübailəri həmişə ömrə və taleyə Tanrıdayağı axtarır, ömür içində ömür yaşayır.

Məhəbbət yeyilmir,yeyib doyasan,

Tapdınmı, saxlamaqdeyildir asan.

Bir eşqi həyatdayaşatmaq üçün,

Gərək iki ömrü girovqoyasan.

Rübailin rübailərində məhəbbət,sevgi notları ritorik əhval-ruhiyyə daşıyıcısı deyil, burada həyatın, qəlbin hadisələri işıqlaqaranlığın, haqla haqsızlığın, çarə ilə çarəsizliyin qarşılığı ilə həmişə üz-üzəgəlir.

Bu şairin poeziyasınındaxili harmoniyasının ölçülü-biçili ruhi vəziyyətidir. Belə olmasaydı onunpoetik məntiqlə və həyat qanunları ilə üzvi şəkildə bağlı olan rübailəri fəlsəfidüşüncə qatına yüksəlməzdi. Doğrudur, onun rübai qatarında sevgi, məhəbbətünvanlı dördlüklər yetərincə olmasa da, burada bir məntiq ortaya çıxır. O, həmişəsevgi şeirlərinə, eşq hadisəsinə zərgər dəqiqliyi ilə yanaşıb.

Şairin rübailərindədostluq onun təbliğ etdiyi ən ali mənəvi dəyərdir. Amma bu dəyər milli-əxlaqisınaqdan çıxmış dəyərdir. Dostluğun sınaqları möhtəşəm və əzəmətlidir. Görün o,bu əzəməti necə şairənə müqayisələrlə ifadə edib.

Köhnə şərab köhnə dosttəktutdu, buraxan deyil,

Köhnəliyə deyilən tost,tutdu buraxan deyil,

Şərab ilə köhnə dostuntəkcə fərqi odur ki,

Köhnə şərab yıxar səni,köhnə dost yıxan deyil.

Bu rübaini oxuya-oxuyabir el məsəli yada düşür: "Hər şeyin təzəsi, dostun köhnəsi". Butarixi həyati məntiq poetik ifadə üçün şeirə sanballı poetik sonluq verir.



Bildiyimiz kimi, rübaielə şeir formasıdır ki, o, şairdən zəngin həyat təcrübəsi, fikrin lakonik ifadəolunma bacarığı, dəyərli, düşündürücü mətləblər tələb edir. Yerin və göyünsonsuz qanunlarında belə qəlbin və zamanınsuallarına poetik cavab tapılır. Elmi idrak və poetik təfəkkür əlbirolduqda söz yeknəsəklikdən xilas olub poetik mənaya yönəlir. Bu da rübai cazibəsinin,rübai şeir poetikasının daxili məntiqindən doğur.

Bu imkanlardan görkəmli şair Rübail Allahverdiyev həmişəustalıqla istifadə edib. Poeziya həmişə ucalığın və həqiqətin tərəfindədir.Bulud da, daş da, dağ da insan hisslərinin ifadəçisi olduqda poetk ovqat artır,məna dəyəri yüksəlir.

Dəniz nakamların gözyaşlarıdır,

Şimşək buludlarınsavaşlarıdır.

Hər ölən qovuşmur əbədiyətə,

Dağlar ölməzlərin başdaşlarıdır.

Rübail poeziyasındatale, ömür-gün sıxıntıları həmişə diqqəti çəkən yaşantılardır.

Mühit və şərait əngüclü xarakterli varlığı belə faciə ilə üz-üzə qoyur. Bu rübaidə olduğu kimi:

Qəfəsdə pələnglər yaşarfirəvan,

Ətini, suyunu verərlərhər an.

Fəqət, əl qaldırsanqırpar gözünü,

Pələng qorxaq olur qəfəsdəyaman.

Bəli, bu acı bir həqiqət,sərrast poetik müşahidədir. Şair zamanın bu dərdlərini ictimai məzmuna çevirərəkrübai dili ilə ustalıqla ifadə edə bilib. Bir varlığın faciəsini zamanın ağrısıkimi ittiham edir. Bu ağrılar isə tapdanmış həqiqət, buxovlanmış azadlıqdır.

Rübail poeziyasındadiqqəti çəkən məqamlardan biri də odur ki,o, həyatın ağrı-acılarına şair gözü ilə ciddi məna verməsidir. Taleyinağrı-acıları isə bir deyil, beş deyil. Söz isə ömrümüzün günlərini əriş-arğaceyləyib yaddaşa çevirir, ağlı-qaralı rənglərlə.

Beş il qara çörək yediksərasər,

Qara gün doğardı, ondahər səhər.

İndi qaralar da ağ çörək yeyir,

Çıxmaz yadımızdan qara çörəklər.

Şair üçün ən adi həyat detalı belə poetik mənaya çevriləndə fəlsəfi, məqamlargündəmə gəlir.

Meşədə əyri-düz yüz ağac olar,

Qayğılı pöhrələr tezağac olar.

Buludlar savaşıb şimşəkçaxanda,

İldırım qurbanı düzağac olur.

Həyatın və cəmiyyətin təkzibolunmaz qanunları var. Düzlər, dözümlü adamlar əzablara daha çox tuş gəlir.Kipriyi ilə od götürənlər, şamsız və ocaqsız, qovrula-qovrula yaşayırlar.Rübail poeziyası da dərdə çarə, vətən ağrılarına məlhəm, yiyəsis dünyaya yiyəaxtaran poeziyadır. "Əkdiyim çinarlar ucadır məndən!" deyən şair birhəqiqəti bütün varlığı ilə hiss edir ki, torpağın ağrısı, yerin ağrısı sözadamının ürəyidir. Bütün ağrılar şair ürəyindən keçir. Amma onun poeziyası gələcəyəhəmişə ümidlidir. Odur ki, şair deyirdi: "Dünəni, bu günü deyə bilmərəm,onu bilirəm ki, bir gələcəyəm!"

Ruhun şad, söz gələcəyin mübarək, Şair!