adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2020 13:58
56179
ƏDƏBİYYAT

ÖMRÜN, YAXUD ELMİN FƏLSƏFƏSİ

Söhbətin mövzusu insan olunca mövzuyaharadan başlamaq, həyatın hansı məqamına daha üstünlük vermək üzərində bir qədərdüşünülür. Çünki hər bir insan cəmiyyətdə mövqeyinə, ləyaqətinə, əqidəsinə və mənəviyyatınagörə bir-birindən seçilir. Kimin doğru, kimin yanlış yol tutduğunu isə zaman özütənzimləyərək sonda dəyərləndirir. Təəssüflə bildirilməlidir ki, çox vaxt insansağlığında layiqli qiymətini almır.

Təlatümlərlə doluinsan ömrünü söz sahibləri müxtəlif təşbihlərlə ifadə etmişlər. Bədii ədəbiyyatlardaötən illəri bəzən zamanı gəlincə ağaclardan qopan payız xəzanına, çayların sonugörünməyən axan suyuna, bəzən də alışıb yanaraq mövcudluğu külə döndərib yox edənoda bənzətmişlər. Bunlardan hansının tanıdığımız şəxsin həyatı üçün daha uyğungörülməsi yaşanılmış ömrün gedişatı ilə əsaslandırılır.

Mövzuya bir qədər bəşəri yanaşma heç də təsadüfideyildir. Çünki AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovunömür hekayəsi çoxlarından fərqlənirdi. Onun 66 illik ömrü fədakarlığı, əzmi,dürüstlüyü ilə çoxlarının keçə bilməyəcəyi bir yol olmuşdur. Yaxınları,dostları onun qarşılaşdığı çətinliklərə necə sinə gələrək sınmadığınınşahididir. Alimin qarşılaşdığı çətinliklər heç də şəxsi zəmində olmamışdır. Hərbirimiz kitablarda tarix boyu xeyir və şərin, fəzilət və cəhalətin, istedad vəhəsədin mübarizəsi haqqında çox yazılar oxumuşuq. Dövründən, mühitindən asılıolmayaraq, cəmiyyətdə sağalmaz bu bəlaların əziyyətini çəkmiş onlarla mütərəqqiziyalımız olmuşdur. Zakir Məmmədovun alim ömründə yaşadığı çətinlikləri cəhalətvə fəzilətin mübarizəsi kimi qiymətləndirmək mümkündür.

Cabbar bəyin oğlu Zakir..

Zakir Məmmədov 1936-cı ildə Qarabağın dilbər guşələrindənbiri Ağdamın Seyidli kəndində anadan olmuşdur. Həyat sınağı və haqsızlıqlaqarşılaşma onun körpə yaşlarından başlamışdı. Belə ki, qanlı-qadalı 37-ci ilrepressiyası onun ailəsindən yan keçməmişdi. Dövrünün ziyalısı atası Cabbar bəykasıb uşaqları maarifləndirmək üçün Baharlı kəndindəki evində məktəb açmış,lakin cəhalətin üstün gəldiyi məqamda o, həbs edilərək Sibirə sürgünolunmuşdur. 8 illik dözülməz sürgün həyatının Cabbar bəy yalnız 4 iliniyaşamağı bacarmış və 1941-ci ildə bir çox ziyalımız kimi uzaq Sibir çöllərindəhəyatını itirmişdir. Yalnız iyirmi ildən sonra 1957-ci ildə Cabbar bəyə qarşıirəli sürülmüş saxta ittihamlar bu ailənin üzərindən götürülərək bəraətqazanmışdır.

Zakir Məmmədov atası həbs edilərkən kiçikolduğundan onu heç xatırlamırdı. Onun həyatda tək himayədarı ömrünü övladına həsredən fədakar anası Hüsnü xanım idi. Həyatın bütün çətinliklərini üzərinə götürənananın tək arzusu oğlunu layiqincə böyütmək olmuşdu. Övladının istedadı, təhsildəkiuğurları onu qürurlandırırdı. Məktəb illərində Zakir Məmmədov çalışqan, şairlikvə rəssamlıq bacarığına sahib şagird kimi payonda seçilirdi. Bütün bu zəhmətininnəticəsi olaraq o, məktəbi gümüş medalla bitirdi. Ağdam I saylı məktəbindirektoru və riyaziyyat müəllimi Səmayə müəllimə özşagirdinin gələcəyinə əminliklə inanaraq hər dəfə yeri düşəndə adamlar arasındadeyərdi ki, "mən inanıram Zakir gələcəkdə hansı peşə sahibi olmasına baxmayaraq,istedadlı insan kimi öz imzasını tanıtdıracaqdır”.

Zakir Məmmədov 1957-1962-ci illərdə ADU-nun (indikiBDU-nun) Şərqşünaslıq fakültəsində yeni açılmış ərəb dilivə ədəbiyyatı şöbəsində təhsil almışdır. O, əsasını poliqlot alim ƏləsgərMəmmədovun qoyduğu ərəbşünaslıq məktəbinin ilk nümayəndələrindən olmuşdur. Tələbəlikillərində Zakir Məmmədovun Şərqşünaslıq fakultəsindəhazırlanmış "Gənc ərəbşünas” adlı divar qəzetinin hazırlanmasında böyük köməyiolmuşdur. O dövrün Universitet mətbuatında qəzetin yüksək səviyyəli tərtibatıilə bağlı yazı da çıxmışdır. O, hələ orta məktəb illərindən şeirə olanmarağını burada daha da genişləndirərək ərəb dilindən etdiyi poetik tərcümələriilə fakültə gəncləri arasında seçilirdi. Universitetinorqanı olan "Lenin tərbiyəsi uğrunda” qəzetində onun şeirləri və ərəbpoeziyasından etdiyi poetik tərcümələr çap olunurdu. Bütün bu uğurlarabaxmayaraq, Zakir Məmmədov həyatının böyük zərbəsini məhz o illərdə aldı. Beləki, istəkli anası Hüsnü xanım ağır xəstəliyə tutuldu. Bu acını da, həyatınhaqsızlığı adlandırmaq mümkündür.

Təhsilin, elmin yollarında....

Universiteti bitirdikdən sonraprofessor Ələsgər Məmmədovun təqdimatı ilə Zakir Məmmədov Az.SSRİ ElmlərAkademiyasının (indiki AMEA) Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi işəgötürüldü. Bir neçə ay İnstitutda işlədikdən sonra göndərişlə o, Misirə, məşhurAsuan bəndinin tikintisində tərcüməçi işləməyə getdi (1962-1963). Asuan bəndiSovetlərin yardımı ilə inşa edilmişdir. Burada bir sıra SovetRespublikalarından mühəndis, fəhlə qüvvəsi çalışmışdır. Zakir Məmmədov Asuana gələrkənpeşəsindən asılı olmayaraq bir nəfər belə azərbaycanlının yoxluğu ilk gündənonu darıxdırmağa başlamışdı. Zakir Məmmədov Asuanda işləyən ilk azərbaycanlı vəyeganə ərəbşünas olmuşdur. Bu səbəbdən də, 2019-cu ildə İslam Əməkdaşlıq TəşkilatınınMisirdə keçirilən böyük tədbiri zamanı Azərbaycanın nümayəndə heyətilə MisirPrezidentinin müşaviri Usama Əl-Əzhərinin Zakir Məmmədovun Asuan bəndinintikintisində xidmətini yada salması təsadüfi deyildir.

Xaricdə olarkən Zakir Məmmədovun həyatındafaciəli bir hadisə baş vermişdi. Düzdür, ona Asuanda olarkən bu xəbər bildirilməsədə, yalnız ömrünün sonlarında ailəsinə danışdığı dəhşətli yuxusunda bunuanlamışdı. Məhz həmin qorxunc, unudulmaz röyanı gördüyü gecə həyatda ən yaxınhavadarı anasını itirmişdi. 1963-ci il mart ayının 3-də Hüsnü xanım ağır xəstəlikdənsonra oğlu ilə vidalaşmadan dünyasını dəyişmişdi.

Asuanda Zakir Məmmədov xeyli kitablaralmışdı. Bir dolu çamadana yığaraq gətirdiyi həmin kitabların müəyyən qisminiözü istifadə etmiş, bəzilərini isə sonralar yaxın bildiyi adamlara hədiyyəvermişdi. O, öz həyatını məhz kitablara bağlayaraq elm aləmində çalışacağınıplanlaşdırmışdı. Çoxlarının dilində vətən kəlməsi tez-tez deyilsə də, o, sözün əsilmənasında həqiqi vətənə bağlı insan idi. Bir illik Asuanda çalışdıqdan sonramüqavilənin uzadılması təklifini qəbul etməyərək Azərbaycana qayıtmışdı. ZakirMəmmədov yenidən Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışmağabaşlamışdı. O, 1964-cü ildə Şərqşünaslıq İnstitutundan çıxaraq o dövrdə Tarixİnstitutunun nəzdində yerləşən Fəlsəfə sektoruna işə düzəlmişdi.

Misirdə Azərbaycanı sevdirən alim...

Ələsgər Məmmədov Misirdən yenicə qayıdanZakir Məmmədova şərqşünaslıq fakültəsində Misir dialektindən dərs deməyi təklifetdi. Belə bir fənn ilk dəfə idi ki, tədris olunurdu. O, müəlliminin təklifiniməmnuniyyətlə qəbul etdi və bir il burada Misir dialektindən dərs dedi.

ZakirMəmmədovun elmi fəaliyyəti haqqında çox danışmağa ehtiyac yoxdur. 1964-cü ildənömrünün sonlarına qədər, yəni 2003-cü ilə qədər yaratdığı əsərlər təkcə Azərbaycandadeyil, keçmiş Sovetlər İttifaqında da tanınırdı. ZakirMəmmədova tədqiqatına qədər orta əsrlər dövründən danışarkən Azərbaycan fəlsəfəsitarixində yalnız filosof kimi yaradıcılığından "Metafizikanın mövzusu” və "Mövcudatın mərtəbələri”adlı kiçik həcmli iki traktatı mövcud olan Bəhmənyarın adı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil” əsərininvarlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətlərihesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil” əsərini ilk dəfəolaraq tam halda tədqiqata cəlb etmişdir. ZakirMəmmədovun tədqiqatlarına qədər elə hesab edirdilər ki, Şərqdə peşəkarfilosoflar yaşamamışlar. Məhz onun gərgin əməyisayəsində bu yanlış müddəa təkzib edilmiş, onlarla filosof və mütəfəkkirlərinadları, xidmətləri Azərbaycan oxucusuna təqdim olunmuşdu.

Zakir Məmmədov Azərbaycana sonsuzbağlılığına sübut üçün bir məsələ barədə söhbət açmaq vacibdir. 60-cı illərin sonları, namizədlikdissertasiyasını müdafiəyə təqdim etdiyi vaxtlarda onun zəhmətkeş gənc alim, ərəbvə fars dillərini mükəmməl bildiyini görən Azərbaycanda ezamiyyətdə olanQazaxstanın fəlsəfə üzrə məşhur bəzi görkəmli alimləri Zakir MəmmədovuQazaxstana işləməyə dəvət etmişlər. Təklifin əsas məqsədi onun burada Farabininzəngin irsini araşdırmaq, daha sonra digər mövzuların tədqiqi üçün ona hər birşəraitin yaradılacağına – istənilən kitabın gətirilməsi, xarici ölkələrəezamiyyətlərin təşkili, evlə təminat və bu kimi başqa vədlər verilmişdi. Zəhmətkeşalim üçün bütün bunlar əvəzsiz şərait idi. Lakin dissertasiyasının müdafiəsininiki il gecikdirilməsinə baxmayaraq, o, bu təklifdən imtina etmişdi.

Qüdrətli kişinin arxasındakı ağıllı qadın

Zakir Məmmədova elmi fəaliyyəti boyu mənəvi dayaq olan insan həyatyoldaşı Sevda xanımdır. O, ailə qurduqda özünə təkcə ömür yoldaşı deyil, həqiqiduyan, anlayan insan qazanmışdı. Onu ilk başa düşən, qiymətləndirən qadın anasıHüsnü xanım idi. Anasını itirdikdən sonra yaşadığı ailə boşluğunu həyat yoldaşıSevda xanım doldurdu. Ona çətin anlarında həmdəm oldu, ruhdan düşməyə qoymadı.Aydındır ki, Zakir Məmmədovun keçdiyi fədakar alim ömrü yolunda ona həmyoldaşolmaq hər qadının iradəsinə sığmazdı. Qarşılıqlı hörmət, ehtiram ailəni möhkəmləndirirdi.Bu gün çoxları Sevda xanımın dözümünə, həssaslığına qibtə ilə yanaşaraqbildirirlər ki, "Zakir Məmmədovun belə zəhmətkeşliyində onun danılmaz roluvardır. Məhz bu cür həyat yoldaşı tapdığına görə o, çox xoşbəxtdir”.

Zakir Məmmədov həyatında böyük rol oynamışbu iki fədakar qadının: anası Hüsnü xanım və həyat yoldaşı Sevda xanımın qiymətinihər zaman anlamışdır. Bu səbəbdən də, yaradıcılığının şah əsəri sayılan "Azərbaycanfəlsəfəsi tarixi” kitabını anası Hüsnü xanıma və atası Cabbar bəyə ithaf etməsiməhz övlad valideyin bağlılığının parlaq nümunəsi idi. Uzun illərin bəhrəsisayılan "Şihabəddin Yəhya Sührəvərdi” adlı monoqrafiyasını isə ömür-gün yoldaşıSevda xanıma ithaf edərək "məsləkdaşım” adlandırmışdır.

2003-cü ilin mart ayının 2-i Zakir Məmmədovvəfat etmiş, 3-ü yəni anası Hüsnü xanımın dünyasını dəyişdiyi gün torpağatapşırılmışdır. Bunu həyatın qəribə qovuşması adlandırmaq mümkündür. Düz 40 ildənsonra sanki ana ilə oğulun ruhları əbədilikdə bir-birinə qovuşmuşdu.

Zakir Məmmədovu cismən itirmək Sevda xanımüçün həyatının böyük acısı idi. Birgə yaşadığı illərdə bütün çətinliklərəbaxmayaraq, hər zaman onun uğurları ilə sevinmiş, kədərinə həmdəm olmuşdur. Həyatınınonsuz keçən illərini övladları və Zakirli xatirələrilə yaşayardı. Ömür günyoldaşı haqqında söylənilən hər hansı xoş söz onu qürurlandırardı. Zakir Məmmədovuncismən yoxluğundan 16 il sonra Sevda xanım ona qovuşdu. Beləliklə də, Zakir Məmmədovhəyatında ona mənən dayaq olmuş iki dəyanətli, mətin qadına qovuşdu.

Yaxınları itirdikdən sonra ötən illərə bir anlamvermək istəyirsən. Klassik ədəbiyyatda geniş işlədilən üsul rəqəmlərin kəlmələrləifadəsidir. Zakir Məmmədov 66, Sevda xanım isə 73 yaşlarında dünyasını dəyişdilər.Bu rəqəmlərə əbcəd üsulu ilə yanaşdıqda 66 – Allah, 73 – isə Tanrının digər adıCəlil sözlərilə ifadə etmək mümkündür. Bəlkə də, bu uyğunluq onların yaşadığıpak, təmiz, ləyaqətli həyat hekayəti ilə bağlıdır.