adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Aprel 2019 16:50
14511
ƏDƏBİYYAT

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA

Ömür saf çeşmələrin sularındanyaranan dağ çayı kimi sürətlə axıb keçir. Nə yaxşı ki, adam özü bunu hissetmir. Bir də xəbər tutursan ki, saç-saqqalın ağarıb, elin ağsaqqalı, babaolmusan, nəvələrin imtahanına çəkilmisən. Əslində iş heç də yaşda deyil, əsas məsələinsanın yasadığı müddət ərzində nəyə nail olmağında, qazandığı uğurlardadır. Xoşbəxto kəsdir ki, ömrünü ailəsi, eli, xalqı,vətəni yolunda şam kimi əridərək, mənalıxidmət etməkdən qürur duyur. Bizim aramızda belə insanlar az deyil. Sizəonlardan biri - 80 illik ömür yolu keçmiş Sabir Ramazan oğlu Ramazanov haqqındasöz açmaq istəyirik.

S.Ramazanov 1939-cu ildəLənkəranda ziyalı ailəsində dünyaya göz açıb. Şəhər 6 saylı orta məktəbibitirdikdən sonra 1954-cü ildə Subtropik Bitkilər Texnikumuna qəbul olunub.1958-ci ildə buranı fərqlənmə diplomu ilə başa vuraraq "kiçik aqronom”ixtisasına yiyələnib.

1958-59-cu illərdəS.Ramazanov həqiqi hərbi qulluq keçib. Tərxis olunduqdan sonra Azərbaycan KəndTəsərrüfatı İnstitutuna imtahan verərək qəbul olunub. 1964-cü ildə bu ali təhsilocağını "alim-aqronom” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə əvvəlcəAzərbaycan Elmi-Tədqiqat Tərəvzçilik İnstitutunun Lənkəran Zona TəcrübəStansiyasında elmi işçi kimi başlayan S.Ramazanovdaha sonra rayonun Kirov adına çayçılıq sovxosunda şöbə müdiri vəzifəsindəçalışıb. Həmin müddətdə o, AzKTİ-da rəhbər kadrları hazırlıq kursunu bitirib.1967-70-ci illərdə AzETB və SB İnstitutunun aspiranturasında əyani təhsil alaraqkənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

S.Ramazanov 1970-75-ci illərdə AzETB və SBİnstitutunun Lənkəran Çay Filialında elmi işçi, 1975-80-ci illərdə LənkəranAqrar-Sənaye Birliyində aparıcı aqronom, 1980-83-cü illərdə Lənkəran Çayçılıqüzrə Aqrar-Sənaye Birliyində kənd təsərrüfatı idarəsinin müdiri, 1983-85-ci illərdəLənkəranın Ş.Axundov adına Havzava çayçılıq sovxozunun direktoru vəzifəsindəçalışıb.

1985-ci ildə Sabir müəlliminsəriştəsini nəzərə alaraq onu AzETB və SB İnstitutunun Lənkəran Çay Filialınındirektoru vəzifəsinə irəli çəkiblər. 1990-cı ildə isə o, Lənkəran Rayon Aqrar-SənayeBirliyinin rəis müavini vəzifəsinə təyin olunub. Əmək adamları ilə birbaşaünsiyyətdə olmaq, öz zəngin təcrübəsini birbaşa təsərrüfatda sınaqdan keçirməkməqsədilə S.Ramazanov 1990-cı ildə rayonun "Zövlə” çayçılıq sovxozunundirektoru vəzifəsində çalışmağa başlayıb. 1995-ci ilə kimi Zövlədə işlədiyimüddətdə onun rəhbərlik etdiyi təsərrüfat qazandığı əmək göstəricilərinə görərayonda öncül yerlərdən birini tutub. Aqrar islahatlardan sonra rayonun digər təsərrüfatlarıilə yanaşı "Zövlə” çayçılıq sovxozunun fəaliyyətinə də xitam verilib. S.Ramazanov həmin müddətdən Lənkəran ÇayFilialında əvvəlcə direktor, hazırda isəlaboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

Sabir müəllimin işi təkcəçay filialı ilə məhdudlaşmayıb. O, 2003-2012-ci illər ərzində həmçinin MasallıRegional Məsləhət Mərkəzində özəl məsləhətçi kimi də çalışmaqla bölgənin kəndli-fermertəsərrüfatlarından elmi-praktiki məsləhətlərini əsirgəməyib. O, bu müddətdə 8nominasiya üzrə sertifikat almaqla yanaşı, müxtəlif sahəlif üzrə 8 buklethazırlayıb. S.Ramazanov təcrübələrini zənginləşdirərək respublikamızda çaybitkisinin budanma üsulları texnologiyasının yeni elmi əsaslarla tətbiqinə nailolub.

Sabir müəllim dəfələrləbir sıra elmi simpoziumların və konfransların iştirakçısı olub, bu nüfuzlu tədbirlərdəmaraqlı və məzmunlu məruzələrlə çıxış edib. Alim-aqronom kimi isə o, çayçılığınregionda inkişafı istiqamətində fermerlərə hər hansı məsləhət vermək işindən də qalmır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ciil sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələrininistehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çayçılığıninkişafı ilə bağlı geniş müzakirələrin aparılmasından məmnun qalan Sabir müəllimbu sahənin gələcək perspektivlərinə böyük ümid bəsləyir. Deyir ki, dövlət başçısının tapşırıq və tövsiyələrinin uğurluicrası əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə,bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, çayçılığın vəçəltikçiliyin inkişafına münbit şərait yaratmaqla, ölkədə ərzaq bolluğuna səbəbolacaq.

Prinsipial, məsuliyyətli, zəhmətkeşziyalı kimi tanınan Sabir müəllimin əməyi dövlət tərəfindən layiqincəqiymətləndirilib. O, "Əmək rəşadətinə görə” medalına, fəxri fərmanlara, habelə müxtəlif mükafatlaralayiq görülüb.

"Çaybitkisinin becərilməsinin intensiv texnologiyası və emalı” dərs kitabınınmüəllifi olan S.Ramazanov 2006-2010-cu illər ərzində Lənkəran DövlətUniversitetində pedaqoji sahədə fəaliyyət göstərib. Yaxın zamanlarda isə o,"Çayçılıq üzrə modul” dərs kitabını başa çatdırıb. Bu vəsait peşə təhsiliməktəblərinin yetirmələrinə böyük fayda gətirəcək.

Üç övlad, 5 nəvə və 2 nəticə sahibi olanS.Ramazanov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sonda şərəfli əmək yolu keçən, ömrünün müdriklikçağını yaşayan, nəcib ziyalı, sədaqətli dost, gözəl ailə başçısı olan Sabirmüəllimə cansağlığı və həyatda yeni uğurlar arzulayırıq.

Barat KƏRİMOV,

Ağaddin BABAYEV,

"Lənkəran” qəzetinin müxbirləri