adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2014 17:34
6624
ƏDƏBİYYAT

Ömrü nağıl kimi yazan ədib

Bu gün AzərbaycanYazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Fərəc Fərəcovun"Ömür bir xatirədir” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Adil Cəmil FərəcFərəcovun sənətkarlığından, həm şair, həm də yazıçı-publisist, jurnalist kimifəaliyyətindən söz açıb: "Fərəc Fərəcov sözün dəyərini, qədrini bilənyazarlardandır. O, sözə çox böyük məsuliyyətlə yanaşır. "Ömür bir nağıldır”xatirə-romanında müəllif ağrı-acılı uşaqlıq illərindən başlayaraq keçdiyimənalı və şərəfli ömür yolunu, həyati həqiqətləri əks etdirir”.

Tədbirdə daha sonraçıxış edən "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Fərəc Fərəcovuninsani keyfiyyətlərini qabartdı. Ədibin yaradıcılığa, sözə olan sayğısından,nəzakətindən bəhs etdi: "Əminəm ki, Fərəc Fərəcov hətta həbsxana həyatından,müharibədən yazsa belə yenə də danışıq mədəniyyətini unutmadan ən nəzakətlişəkildə fikrini izah edəcək, jarqonlardan, təhqirlərdən uzaq duracaq. Ona görədə onun əsərlərini istənilən yaş həddində olan oxuculara tövsiyə etmək olar,ailə daxilində rahatlıqla oxumaq mümkündür”.    

Yazıçı ElçinHüseynbəyli  Fərəc Fərəcovu gözəl qələmustası, etibarlı, sədaqətli dost kimi xarakterizə etdi: "İnsan gərək özü özünüyazsın. Onun kitabında həyatının müxtəlif mərhələləri bədii lövhələrlə elə təqdim olunur ki, oxucumüəllifi olduğu kimi tanıyır. Kitabda özünə inam və şükranlıq duyğusu hissolunur”.

Təqdimat mərasimində yazıçı Firuz Mustafa, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, şair Yusif Nəğməkar və başqaları çıxış edərək təqdimolunan kitabın məziyyətlərindən danışdılar, müəllifə yaradıcılıq uğurlarıarzuladılar. Onun hekayələrində Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadəninqələminin duzu olduğunu bildirdilər. Qeyd etdilər ki, əsərlərində səmimiyyət, incə yumor,sətiraltı istehza müəllifin üslübunu dolğun şəkildə əks etdirir.

Qeyd edək ki, FərəcFərəcov 10-dan artıq publisistik və bədii kitabın müəllifidir. "Culfaşəhidləri”, "Vətən qürurumdur mənim”, "Yaycı yetirmələri”, "Yaycı soyqırımı”,"Aydın sabahlar” kitablarının başlıca qayəsini vətən, torpaq sevgisi vəmilli-mənəvi dəyərlərə bağlılıq təşkil edir.

Fərəc Fərəcov həm dəictimai-siyasi fəaliyyətlə məşğuldur, o, Naxçıvan Muxtar Respublikası Milli Məclisinindeputatıdır.