Ombudsmandan əsir götürülən hərbçilərimizin həbsinin uzadılmasına REAKSİYA
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçularının həbs müddətinin uzadılmasına etiraz edib.
Bu barədə Ombudsman Aparatından Adalet.az-a verilən məlumatda bildirilib. Məlumatda deyilir:
“Məlum olduğu kimi, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum edilmişlər.
Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur.
Təəssüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir.
Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi” nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli “qərar”ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram”.
Digər Xəbərlər
13 Noyabr 2026 12:57
"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08


Bakı -°C

