adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 17:17
64
SİYASƏT
A- A+

Oman Sultanı İlham Əliyevi təbrik etdi

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram".