Ölkəyə 160 ədəd elektrikli avtobus gətiriləcək
Xətlərə buraxılması üçün 160 ədəd elektrikli avtobusun idxal edilməsi nəzərdə tutulub.
Adalet.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, bundan əlavə daha 200 ədəd avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə tutulub.
Anar Rzayev bildirib ki, Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev küçələrində yeni zolaqlar istifadəyə verilib. Hazırda 23 küçə və prospektdə təxminən 66 km xüsusi zolaq mövcuddur.
İdarə Heyyətinin sədri qeyd edib ki, Gənclik Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. Koroğlu m/s-nın cənub çıxışında və 28 May m/s qarşısında yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır.
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

