Ölkədəki faktiki hava AÇIQLANDI
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, arabir intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qar örtüyünün hündürlüyü Şahdağda 22, Lerik, Qrızda 15, İsmayıllı, Qusarda 12, Altıağac, Xaltanda 10, Yardımlıda 9, Gədəbəy, Şamaxı, Ordubadda 8, Qəbələdə 5, Daşkəsən, Göygöl, Qobustanda 4, Qubada 3, Naxçıvanda 2, Şahbuzda 1 sm olub:
"Yağan yağıntının miqdarı Lənkəranda 51 (aylıq normanın 92 faizi), Astarada 39 (aylıq normanın 62 faizi), Lerikdə 26 (aylıq normanın 36 faizi), İsmayıllı, Yardımlıda 16, Qəbələ, Oğuzda 15, Şahdağ, Balakən, Kürdəmirdə 14 (aylıq normanın 41 faizi), Zaqatalada 13, Ordubadda 12 (aylıq normanın 30 faizi), Sədərək, Şərur, Qobustanda 12, Şamaxı, Qrızda 11, Zərdabda 10 (aylıq normanın 32 faizi), İmişlidə 10 (aylıq normanın 34 faizi), Neftçalada 10 (aylıq normanın 30 faizi), Xaltanda 10, Göyçay, Biləsuvar, Sabirabad, Beyləqan, Qusarda 8, Ağsu, Gədəbəydə 7, Quba, Şahbuz, Mingəçevirdə 6, Gədəbəy, Yevlaxda 5, Göygöl, Ağdam, Naxçıvanda 4, Gəncə, Daşkəsəndə 3, Tərtər, Ağstafa, Şəmkir, Naftalanda 2, Ceyrançöl, Culfa, Tovuz, Qaxda 1 mm, Maştağada 28 (aylıq normanın 115 faizi), Bakıda 25 (aylıq normanın 108 faizi), Sumqayıtda 20 (aylıq normanın 88 faizi), Binədə 20 (aylıq normanın 87 faizi), Pirallahıda 19 mm-dək (aylıq normanın 98 faizi) təşkil edib".
A.Verdiyevin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Ordubadda 22, Şahbuzda 18, Naxçıvan, Şirvan, Biləsuvarda 16, Culfada 15, Bakıda və Abşeron yarımadasında isə 32 m/s-ə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5 metr təşkil edib.
"Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvanda 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Aran rayonlarında 5 dərəcəyədək isti olub".
Digər Xəbərlər
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

