Ölkədə QİÇS-ə yoluxanların sayı açıqlandı
2020-ci ilin ilk altı ayı ərzində ümumilikdə 279 yeni İİV-ə yoluxma halı qeydə alınıb. Onların 273-ü Azərbaycan, 6 nəfəri xarici ölkə vətəndaşıdır.
BunuAxar.az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Natiq Zülfüqarovun sözlərinə görə, qeydiyyata alınanların 67 faizini kişi, 33 faizini isə qadınlar təşkil edir:
"Ümumilikdə İİV-lə yaşayan insanların sayı 7060 nəfərdir. Onlardan 1833 nəfəri QİÇS mərhələsində olanlardır. İİV-ə yoluxanların 40,3 faizi narkotik istifadəçiləridir. Son 6 ay ərzində nikaha daxil olmaq istəyən şəxslər arasında 13791 müayinə həyata keçirilib. Onlardan 26 qan nümunəsində ilkin olaraq İİV infeksiyası aşkarlanıb”.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19