adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Iyul 2014 19:25
18417
TEXNOLOGİYA

Ölkə ərazisi genişzolaqlı internetlə təmin olunur

Qloballaşandünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı,yüksək gəlirliliyi bu sahənin hər bir ölkə üçün prioritet istiqamətə çevrilməsinəsəbəb olub. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərirki, bu gün məhz İKT-ni irəliyə aparmaqla iqtisadiyyatın şaxələnməsinə, çiçəklənməsivə əhəmiyyətli dərəcədə böyüməsinə, dövlətlərin nüfuzunun artmasına, işsizliyinazalmasına, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, ümumuilikdə isəyaşayış səviyyəsinin yüksəlməsinə nail olmaq olar. Elə bu səbəbdəndir ki, artıqdüşünən beyinlər daha böyük diqqəti qeyri neft sahələrinə, xüsusən innovasiyalıiqtisadiyyat quruculuğuna, biliklər cəmiyyətinin inkişafına, informasiyalımühitin formalaşdırılmasına və inkişafına yönəldirlər. Dünya düzəninin nəbzinituta bilməyən ölkələr isə digərlərindən əhəmiyyətli şəkildə geri qalır, həmiqtisadiyyatlarında axsamalar baş verir, həm də inkişaf səviyyəsi müqayisəedilməyəcək nöqtəyə gəlib çıxır.

Azərbaycanda yer kürəsinin bir parçası olaraq , bu tendensiyaya qoşularaq İTK-nin inkişafetdirilməsini dövlət səviyyəsində həyata keçirir. Rəsmi Bakı sahənin irəliyəaparılması üçün kompleks şəkildə addımlar atır.

 

İKT əsaslıyeni iqtisadi model

İlk öncəqeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının inkişafı hər şeydən əvvəl dinamiktemplə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunan İKT əsaslıyeni iqtisadi modelin meydana gəlməsini zərurətə çevirir. Ölkədə innovasiyalıiqtisadiyyatın yaradılması, biliklərə əsaslanan bazar iqtisadiyyatınınqurulması və bu istiqamətdə həyata keçirilən layihələr, heç şübhəsiz ki,qarşıya qolulan məqsədə çox yaxın zamanda çatacağımızı deməyə əsas verir.

Bu günbeynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda sözügedənsahə üzrə lider dövlətə çevrilib. Ölkədə müasir elmi və texnoloji nailiyyətlərəəsaslanan İKT sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması vəyeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir kompleksləryaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə YüksəkTexnologiyalar Parkı yaradılıb. Dövlət başçısının digər sərəncamı ilə İKT sahəsindəsahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyəyerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerliiqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eyni zamandainnovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələrin dəstəklənməsi məqsədiləİnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayıb.

Azərbaycaninterneti dünyaya nümunə kimi

Dövlət başçısı İlham Əliyevin "İqtisadiyyat yalnız energetikadanibarət deyil. Bu baxımdan, hazırda mənim əsas məqsədim Azərbaycanın qeyri-neftsektoruna, xüsusən də yüksək texnologiyalar, informasiya texnologiyaları vəxidmət sahələrinə investisiyalar cəlb etməkdir" fikirləri bir daha sübutedir ki, İKT-nin sürətli inkişafı üçün hökumət əlindən gələni əsirgəmir. Bustatistik rəqəmlərdə də özünü daha qabarıq göstərir.

Aparılan araşdırmalar onu deməyə əsas verir ki,  bu gün ölkənin  İKT bazarında özəl sektorunrolu və fəallığı artmaqdadır. Sahə üzrə gəlirlərdə son 10 ildə özəl sektorunpayı 67,4 faizdən 80 faizə yüksəlib. Sabit telekommunikasiya sahəsi üzrə 8 operatordan5-i, poçt üzrə 35 operatordan 33-ü, internet üzrə isə 40 provayderdən 38-i özəlsektora məxsusdur. "Delta Telecom" regionda internet xidmətlərininverilməsi, "RİSK" proqram məhsullarının satışı, "SİNAMİNVEST" Orta Asiyada bir neçə layihənin həyata keçirilməsi, "ULTRA" kompyuter, "AzPad" və digər məhsulların satışında vəs. şirkətlər ixrac potensialının artımına öz töhfələrini veriblər. Artıq Azərbaycanhəm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir."Kür" MMC-nin istehsal etdiyi İKT məhsulları keyfiyyəti ilə fərqlənir.Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə ənson texnoloji yeniliklər tətbiq olunur. Dünyanın bir çox ölkələri hələ"3G" - üçüncü nəsil texnologiyalara keçmədiyi halda, Azərbaycan ənson mobil texnologiya - "4G"-nin tətbiqinə başlayıb. Əldə etdiyinailiyyətlər sayəsində ölkəmiz "Doing Business 2014" hesabatında 189ölkə arasında 70-ci yerə yüksəlib.

***

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qazanılanuğurların timsalında "Azərbaycanda "Elektron hökumət" xidmətlərinin2020-ci ilədək hamı üçün əlçatan olması hədəfləndiyini bildirib. Onun sözlərinəgörə,  "Azərbaycan 2020: gələcəyəbaxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorununinkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimimüəyyənləşdirilib: "Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir.Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görədə İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçünxüsusi proqramı var".

Ə. Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyatakeçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindəndanışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədənbütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlıinternetlə təmin olunacaq: "Kənd yerlərində son istifadəçiyə veriləninternetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitəçatdırılacaq".

 Genişzolaqlı internetə görə MDB-də liderlik

Araşdırmalar onu deməyə əsas verir ki, Artıq respublika əhalisinin 70%-ə yaxınıinternet istifadəçisidir və bu rəqəm ilbəil artır. Hazırda internetin vətəndaşlaradaha əlçatan olması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sürətlədavam etdirilir. 
Müqayisəli təhlil aparsaq görərik ki, Azərbaycanda internet tariflərinin regionölkələri ilə müqayisədə aşağıdır. 2012-ci ildə genişzolaqlı internet üzrə ortaqiymət əhalinin orta aylıq gəlirinin 2,5%-ni təşkil edib ki, bu da BeynəlxalqTelekommunikasiya İttifaqının inkişaf etməkdə olan ölkələrdə bu nisbətin2015-ci ilədək 5%-dən az olması barədə hədəfinin artıq indidən təmin olunmasıdeməkdir.

O da qeyd olunmalıdır ki, son 10 ildə Azərbaycanda 1 Mbit/s. internetin qiymətindətəxminən 1200 dəfə ucuzlaşma qeydə alınıb. Bundan başqa ölkənin xarici tranzitdövlətlərdən internet asılılığına son qoyulub. 
Təkcə son 5 il ərzində Azərbaycanda internet xidmətləri bazarının 4 dəfə böyüməsidövlətin bu sahəyə nə qədər prioritet istiqamət kimi yanaşdığını əyani şəkildəgöstərir

***

Eynizamanda Bakı şəhərində,respublikanın regionlarında və Naxçıvan MR ərazisində əhalinin genişzolaqlıinternet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədiləhazırlanmış layihə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evəoptika" prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internetxidmətlərinin təşkili üçün planlaşdırılıb. Bu layihənin həyata keçirilməsi  
telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinəvə magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefonşkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiyaqurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamışyaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmışyaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilətelefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarınınhəyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksinitapacaq.

Cəbhəkəndlərində genişzolaqlı internet

Yazını hazırlayərkən cəbhə bölgəsindəolan internetin səviyyəsi ilə bağlı kiçik bir araşdırma apardıq. Araşdırmazamnı məlum oldu ki, Tərtərin cəbhə kəndlərində yeni elektron tipli ATS-lərqurulub və internetlə təmin edilib. Rayon mərkəzi ilə yanaşı, kəndlər dəgenişzolaqlı internet şəbəkəsinə qoşulub. Belə ki, Tərtərin 9 kəndinə yüksəksürətli internet verilib. Yaxın aylarda isə rayonun bütün kəndlərində yenielektron tipli ATS–lər quraşdırılaraq genişzolaqlı internet veriləcək.

Genişzolaqlı internetin daha dayanıqlı və keyfiyyətliişlədilməsi məqsədilə Goranboy şəhərindən Dəliməmmədli şəhərinə 32 kmuzunluğunda Optik Kabel çəkilib. Rəhimli və Nərimanlı kəndləri internetə görərayon mərkəzindən uzaqda yerləşdikləri üçün internet yaxşılaşdırma metodu tətbiqedilərək həmin kəndlərdə olan telefon şkaflarında əlavə avadanlıqlarquraşdırılıb.

Sondaonu da qeyd edək ki, "Şəbəkələşmə hazırlığı indeksi"ninformalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə, Azərbaycan hər 100nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu,genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla, MDB-dəliderlik mövqeyini qoruyub saxlayır.

 

Məhz busahədə görülən işlər biz jurnalistlərin də işini bir xeyli asanlaşdırıb.İnformasiyanın vaxtında geniş oxucu kütləsinə çatıdırlmasında bu xidmətlərinrolu danılmazdır. 

Ədil Ədilzadə

Yazı Azərbaycan RespublikasınınPrezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət DəstəyiFondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar Elan etdiyi müsabiqəyə təqdim etmək üçündür