Ölkə başçısı: “İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır”
“Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır”.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib.
Prezident İlham Əliyev deyib: “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.
İki il yarım ərzində bütün planlarımızın ardıcıllıqla, tədricən həyata keçdiyini, planlarımızın son addımlığında olduğumuzu bildirən dövlətimizin başçısı o addımın da atılacağına şübhə etmədiyini vurğulayıb.
Digər Xəbərlər
01 Yanvar 2026 17:28
Azərbaycan İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 16:16
"“Böyük Qayıdış” Proqramını uğurla icra edirik" - İlham Əliyev
01 Yanvar 2026 13:45
“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”
01 Yanvar 2026 12:52
Prezident xalqa müraciətindən paylaşım etdi - VİDEO
01 Yanvar 2026 08:47
""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident
31 Dekabr 2025 23:59
Prezident İlham Əliyev xalqa müraciət etdi - VİDEO + YENİLƏNİB
31 Dekabr 2025 15:40
İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib
31 Dekabr 2025 13:45


Bakı -°C

