"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsi açıqlanıb.
Adalet.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Miçel Qonsalesin sərəncamında 22 futbolçu olacaq.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.
Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis
Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges
Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
