adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2021 13:20
25899
HADİSƏ

Oğuzda minik və yük avtomobilləri toqquşdu, xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub.

Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.