Oğurluq edən şəxslər tutuldu
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Ehtimad Hüseynova məxsus mağazadan 800 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ümid Qarayev Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də rayon ərazisində 3 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.
Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon sakini Kamran Əmrahova məxsus mağazadan 484 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri - Fərman İsbatov və Elçin Abdullayev saxlanılıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21