adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 14:24
78
ŞOU-BİZNES
A- A+

Ofelya Şabanova: “Kim neçə dəfə ailə dağıdır özü bilər”

Son zamanlar  xanım həmkarları ilə qalmaqal yaşayan Ofelya Şabanova ilk dəfə həyat yoldaşının birinci evliliyindən danışıb.

Adalet.az xəbər verir ki, o, həyat yoldaşının ilk evliliyini dağıtmadığını etiraf edib:

“Mənim yoldaşım məndən əvəl ailəli olub və boşanıb. Ancaq bu boşanmaya mən səbəb olmamışam. O vaxt 16 yaşım var idi. Siz deyin, 16 yaşında biz qız ailə dağıda bilərmi? Bu nə sözlərdir haqqımda danışırlar?! Hər şeyi Allaha həvale edirəm. 
Yoldaşım boşanıbsa, burda ayıb heç nə yoxdur axı. Yəni boşanıbsa, əlbəttə, kiminləsə evlənəcəkdi. Bu şəxs mən olmasam da başqası olacaqdı. Bu məsələni böyütməyə nə ehtiyac var? Biz normal insanlar kimi ailə qurmuşuq.
Mənim heç kəslə işim yoxdir. Kim neçə dəfə ailə dağıdır özü bilər. Mən sənətimlə, ailəmlə məşğulam”.

Əntiqə