Odessadakı “Azərbaycan” parkında törədilən xuliqanlıq araşdırılır
Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan "Azərbaycan” parkındakı löhvənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir. Azərbaycanın Ukraynadakı Səfirliyi bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.
Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, 2012-cü ildə SOCAR şirkəti tərəfindən həmin parkın tikintisi nəzərdə tutulsa da, yaranan maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı bir abadlıq işləri görülməyib, sadəcə, sonradan məlumatlandırma löhvəsi qoyulub və bu ötən müddətdə həmin ərazi baxımsız qalıb.
"Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park "Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi. Azərbaycanın Ukraynadakı Səfirliyi baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır".
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57