Ödənişli yollardan istifadə edənlərin nəzərinə: 200 manat cərimə...
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiy İnzibati Xətalar Məcəlləsinə edilən yeni -352-1-ci maddəsində əksini tapıb.
Qanuna əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.
Digər Xəbərlər
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
23 Mart 2026 09:33


Bakı -°C

