adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Sentyabr 2014 12:26
5644
DÜNYA

Obama Böyük Britaniyanın parçalanmasından narahatdır

ABŞ prezidenti Barak Obama referendum yolu ilə Şotlandiyanın Böyük Britaniyadan ayrılması iləbağlı fikrini bildirib. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Obama öz fikrini "Ağ ev”in rəsmi Twitter hesabından yayımlayıb. 


"Böyük Britaniya ABŞ üçün müstəsna bir müttəfiqdir. Dəyişən,qeyri-sabit dünya üçün xeyirxah bir qüvvədir. Ümid edirəm ki, Böyük Britaniyabütöv, möhkəm və güclü dövlət olaraq qalacaq”, - deyə ABŞ prezidenti bəyanedib.

 

(Orijinalı: " The UK is an extraordinary partner for America and aforce for good in an unstable world. I hope it remains strong, robust andunited”. BO - The White House (@WhiteHouse)

 

Analitik şirkət olan TOPSY kompaniyası diqqətə çatdırır ki, Barak Obamanadir hallarda şəxsən özü tvit yazır. Son yarım ildə Obama cəmisi 17 tvityazıb. Bunu tvitin sonundakı BO, yəni Barak Obama imzasından da bilmək olar.


Xatırladaq ki, bu gün Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması iləəlaqədar referendum keçirilir. Əgər çoxluq Şotlandiyanın müstəqilliyinə səsversə, həmin ölkə 2016-cı il, martın 24-də Krallığın tərkibindən ayrılacaq.