adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 11:44
320
SİYASƏT

"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" - Deputat

"Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı:

"O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirlərimiz isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda ÜDM-dəki, iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Yəni, Azərbaycan bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü. İqtisadi artımın isə 2022-ci ildə 6,1 milyard manata qədər böyüməsini gətirib çıxardı".