adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2018 15:01
13715
İDMAN

O SEVİNCİ RONALDOYA YARAŞDIRMADIM

Dəfələrlədemişəm, yenə deyirəm, futbol bir teatr tamaşasıdı. Və teatr tamaşasındanüstünlüyü də odur ki (lap olsun film), biroyuna təkrarən ikinci dəfə baxmaq olmur.

Madriddə«Real»la «Yuventus» uzun illər yaddaşlardan çıxmayacaq gözəl bir tamaşa göstərdilər.Yüz milyonların gözlədiyi və izlədiyi tamaşa. Heyf, bu gözəl tamaşanı hakim məhv elədi, içinəoturdu. Oyunun qurtarmasına 25 saniyə qalmış«Yuventus»un qapısına penalti təyin elədi. Əslində orda penalti yox idi. Bu da uzunzaman müzakirə mövzusu olacaq. Lap penalti olsa belə, hakim gərək 11 metrlik nöqtənigöstərməyəydi, yüz milyonları bu gözəltamaşadan məhrum etməyəydi. Nə isə, keçdi.Özü də mən «Yuventus»u tutmuram, «Barselona»nı tuturam, bir də hansı Avropa klublarındatürk oynayırsa onların udmağını istəyirəm. Hələ onda ki türk də qol vura.

Ronaldoda futbol dahisidi və sevdiyim bir futbolçudu.

Openalti də haqqıydı, vurmalıydı və vurdu da. Amma qoldan sonra tuman-köynəyini çıxarıb o cür sevinməyi belə bir dahiyə yaraşdırmadım.

Və«Yuventus» mənən «Real»a qalib gəldi. Və yəqin ki, «Real»ın azarkeşləri də bu tamaşanınbelə mənasız qurtarmasını istəməzdilər.

Ənböyük səhvi də Buffon elədi və qırmızı vərəqəni də haqlı gördü. Bəlkə də belə kobud səhvə yol verib meydandan qovulmasaydı, o penaltini qaytarardı. Çünki Buffon dünyada penaltiqaytaran bəlkə də birinci qapıçıdır.