adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Noyabr 2019 09:27
38983
İDMAN

O QOLDA ƏSAS GÜNAHKAR RƏŞAD SADIQOV DEYİLDİ

Baxıram, «Apoel»lə oyundan sonrafutbolu bilən də, bilməyən dədüşüb Rəşad Sadıqovun üstünə.Qapımıza vurulan qolda günahkar onu bilirlər. Düzdür, Qurban Qurbanov Rəşadın tərəfinisaxladı.

Əsas günah kimdəydi? Heç bu barədəyazan olmadı, Qurban da demədi.

Qapımızın yaxınlığında,15-16 metrliyində cərimə zərbəsi vurulur.«Apoel»in beş oyunçusu cərimə zərbəsinin yaxınlığındadı. Bəs cərimə vuran futbolçumuz Ailton neylədi? O qələbəlikdətopu öz oyunçumuza qısa pas verdivə rəqib də topa yiyələndi, Rəşad Sadıqov Allahın bacısı oğlu olmadığına görə, çata bilmədi.

Qardaşım, görürsən qələbəlikdi,bütün rəqib oyunçularsəni əhatəyə alıb, Allahınıçağır bir dənə «t» de də, bütüngücünlə topu vur, cərimə meydançasındanuzaqlaşsın. Nəticədə bir əks hücum da yarana bilərdi.

Amma neylədi… Mən RəşadSadıqovu müdafiə eləmək üçünyazmadım bunu, sadəcə olaraq günahıheç olmasa əlli-əlliyə bölün.

Mərkəz müdafiəçiyə ruslar «çistilşik» deyir, yəni təmizləyici. Onun əsas vəzifələrindən biri topu bütün imkanları iləöz cərimə meydançasından uzaqlaşdırmaqdır, yeri gələndə aut atmalıdırki, hücumun qarşısını alsın. Ammabəzən bizim mərkəz müdafiəçiləriözlərini Messi kimi aparmaq istəyir,nəticədə də… Təbii ki, onlar Messi deyil.