adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 May 2019 14:19
46983
DÜNYA

Nyu-Yorkda seks təriqəti

Amerikadaadamlarınzorla cinsəl istismara cəlb edildiyi Nxvim adlı bir seks təriqəti ifşa olunub.Nyu-Yorkştatının Olbani şəhərində qurulan təşkilatın saytında yazılır ki, o,insanların hüquq və azadlıqlarını gücləndirmək üçün humanitar prinsiplərirəhbər tutaraq fəaliyyət göstərən bir qurumdur və daha gözəl bir dünya qurmaqüçün ABŞ, Meksika, Kanada və Mərkəzi Amerikada 16 mindən çox insanlaçalışırlar. Lakin Təriqət lideri Keith Ranierin istintaqı prosesində üzə çıxandəhşətli faktlar bütün bunların yalan olduğunu sübut edib.

Keyth Ranierin 58yaşı var. İstintaqa veridyi ifadəsində o özünü dünyanın ən ağıllı və əxlaqlıinsanı kimi təqdim edib və hətta A. Eynşteyn və M. Qandiylə müqayisə edib.

Bəri başdan deyəkki, təriqət üzvləri arsında məşhur ailələrin – Hollivud ulduzlarının, zənginailələrin qızları da var. Hətta Meksikanın keçmiş prezidentlərindən birininoğlu da onun üzvüdür. İndi onların bir çoxu Ranierin cinayətlərinə şahidlikedir.

İstintaqifadələrindən məlum olub ki, hər ilin avqust ayında Nxivmin başqa ölkələrdə olan üzvüləri də qarışıqhamıNyu-Yorkun Silver Bay bölgəsinə toplaşaraq bir həftə Ranierin ad gününüqeyd edir, ona öz sevgi və sayğılarını nümayiş etdirirdilər. Bu məqsədlə hərkəs 2 min dollar pul ödəyirmiş.

ABŞ FedetalTəhqiqatlar Bürosunun əməkdaşı MayklLever öz ifadəsində deyib ki, "Öndər həftəsi” adlanan bu mərasimdə Ranierincinsi münasibətə girdiyi 20-yə yaxın qadın daim onun yanında olurdu. Həminqadınların başqa birisiylə intim münasibətləri qadağan idi. Onlar hətta hərhansı adi məsələ barəsində də kiminlə nəsə danışsa bu barədə öndəriməlumatlandırmalıydılar. Ümumiyyətlə, təşkilatın məramnaməsinə görə onunüzvüləri olan qadınlar kişi həmkarlarından fərqli olaraq yalnız bir nəfərləintim münasibətə girə bilərdilər.

Qızlarınbakirəliyinin pozulması isə xüsusi hazırlıqlarla müşayiət olunan bir prosesidi. Adı Daniela kimi tanınan bir qız 18 yaşına girməsinə həftələr qalmış gəlinolmaq üçün keçdiyi hazırlıq mərhələlərindən danışıb. Danelanın altı nəfərlikailəsi təriqət sıralarına qatılmaq üçün Meksikadan Amerikaya gəlmişdi.O özifadəsində bunları söyləyir: "Daha öncə heç kimlə cinsi münasibətdə olmamışdım,hətta öpüşməmişdim. Keithi heç bu cür təsəvvür eləmirdim. Əvvəl-əvvəlüstüörtülü şəkildə mənimlə mazaqlaşdığını hiss eləyirdim. Sonra başa düşdüm ki,məni öz gəlini etmək istəyir. Bir müddətdən sonra biz cinsi əlaqəyə girdik.”Amma cinsi əlaqəyə girməmiş onun arıqlaması şərti irəli sürülür və ciddidietaya oturdulur. Çəkisi Ranierin istədiyi səviyyəyə düşəndən sonra qızıbirofisə aparır və sekslə məşğul olmağın vaxtı çatdığını bildirir.

Danielanın bacılarından biri dəöndərlə cinsi əlaqədə olur və ondan hamilə qalır. Onun digər bacıları isə qruphalında sekslə məşğul olmağa məcbur edilir.


Təriqətin üzvülərindən biri də 42yaşlı Lauren Salzmandır. O öz ifadəsində bildirib ki, Daniela bir müddətdənsonra kökəldiyi üçün iki il ev dustaqlığına məhkum edilib. "Keith mənəDanielanın arıqlamaq əvəzinə daha da kökəldiyini söylədi və ona nəzarət eləməyitapşırdı”. Bundan sonra Salzman ona eyni evdə qaldığı ailəsiylə də görüşməyi qadağanedir və qaydalara əməl etməyəcəyi təqdirdə geriyə, Meksikaya qaytarılacağı iləhədələyir.Bir müddətdən sonra bir daha ailəsiylə görüşmək imkanınınolmayacağına baxmayaraq, Daniela Mekskaya qayıtmağı qərara alır.

Nxivmin içində DOS adlı başqa birgizli təşkilat da qurulmuşdu. Piramida üsuluyla qurulmuş təşkilatın başında təkRanier dururdu. Ondan aşağıda onun kölələri, onlardan aşağıda kölələrin özkölələri və s. Son olaraq hamının əsas vəzifəsi Ranierə xidmət etmək idi. Təşkilatəsasən kişilərdən ibarət idi. Qadınların ora üzv olması xeyli mürəkkəb prosesidi. Bundan ötrü onlar birinci növbədə ağalarına hansısa vacib və gizli birməlumat verməliydilər. Əsasən, özləri və ailə üzvülərinin cinsi münasibətləribarədə çəkilmiş foto və ya video materiallar təqdim etməliydilər. Bu təşkilatvə onun sirlərini yayacaqları, öz vəzifələrinin icrasından imtina edəcəklərihalda onları şantaj etmək üçün idi. Qadınların əsas vəzivələrinə isə kişilərəqulluq, onların otaqlarını təmizləmək, cinsi əlaqəyə girəcəkləri qızlarıbunahazırlamaqdan ibarət idi.

"Hazırlıq” çox çətin proses idi.Çünki Ranierin qadınlarla bağlı öz standartları var idi. O həddindən artıq arıqqadınları xoşlayırdı ki, çox vaxt gözü düşən qızları həmin həddə qədərarıqlatmaq problem yaradırdı.

Məhkəmə materiallarındanaydın olurki, Ranierin ad və soyadının baş hərfləri damğa kimi əlaqədə olduğu qızlarıbədəninə basılırdı. Qrupa yeni üzv olan qızlara damğa basılarkən videoyaalınırdı. Həmin vaxt qadınlar tam çılpaq olmalıydılar.

Ranierin vəkili Mark Agnifilo isəqadınların buna könüllü şəkildə razı olduqlarını deyib. "Bunu sübut eləməküçün, sadəcə, videogürüntüləri izləmək lazımdır” – deyə o, New York Timesa bildirib.

RanierMekskadakı evində piramidanın yuxarı pillələrində qərar tutmuş kölələrlə birtoplantı keçirdiyi vaxt həbs edilib. Meksika polisi evə basqın edərkən Ranierinsadiq dostu Salzman özünü ona sipər edərək öz ağasını qorumağa cəhd edib.

"Ranierlə on ildir bir yerdəyəm –deyəSalzman bildirib. – Ənböyük arzum ondan bir uşaq doğmaq idi. Mən hər şeyi birkənara ataraq eşqi seçmişdim. Keith bizə belə öyrətmişdi”.

Salzman Smalville serialaının artistiAlison Mackla birlikdə ən yüksək pillədəki 7 kölədən ikisiydi. Meksikadakımərasimdə önlar Ranierə öz bağlılıqlarını yeniləməliydilər. Bundan ötrümərasimə qatılan kölələr birlikdə onunla oral sekslə məşğul olmalıydılar. Lakinseks törəni başlamamışdan bir qədər əvvəl təhlükəsizlik qüvvələri evimühasirəyə alır. Salzmanın qızı Lauren Salzman deyib ki, mən bu vaxt Ranierinnə qədər qorxaq olduğunu gördüm. Biz onu tamam başqa cür təsəvvür edirdik.

P.S.Lap Adnan Oktay əhvalatının xatırladır. Hərçənd, kimin kimdən"bəhrələndiyi” haqqında dəqiq bir söz demək çətindir.

Adalet.az