Nyu-Yorkun mərkəzində ixtişaşlar: Etirazçılar saxlanılıb
ABŞ-da ictimai etirazlar səngimək bilmir. Bu dəfə “Black Lives Matter” hərəkatı tərəfdarları Martin Lüter Kinqin şərəfinə nümayiş keçiriblər.
Qaradərili vətəndaşların hüquqlarının müdafiəçisi olmuş Kinqin pərəstişkarları Nyu-Yorkun mərkəzində - Manhettendə ixtişaşlar törədiblər. Onlar “Bu bizim küçədir”, “Biz körpünü keçmişiksə, burada qalacağıq” kimi şüarlar səsləndiriblər.
Polis fəal nümayişçiləri saxlayaraq, xüsusi avtobuslara mindirib və hadisə yerindən uzaqlaşdırıb. Fəalların saxlanılması etirazçıları daha da hiddətləndirib və onlar polislə açıq toqquşmaya başlayıblar. Polis çətinliklə etirazçı kütləni dağıda bilib.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44