adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2019 17:33
19118
ƏDƏBİYYAT

Nurlu yazılar - Aydın Tağıyev yazır

Görkəmli yazıçı-pubisist Novruz Nəcəfoğluda yaşının 62 illliyini tamamladı.

Ədəbi yaradıcılığa ilk əvvəl şeirlə,peblisistik yazlarla başlayan qələm dostumuz sonralar çiynini daha ağır yükəverdi. Nəsrə keçib bir-birinin ardınca "Çarəsiz yolçu”, "Keçən cavan çağımola...”, "Atüstü nağıl”, "Nağıl adam” kimi bir-birindən maraqlı, oxucular tərəfindənmraqqla, rəğbətə qarşılanan povestlərvə romanını çap edtdirdi. Povest və hekayələrirus dilinə tərcümə edildi, qardaş Türkiyədə kitabları işıq üzü gördü. Tanınmışqələm adamları, tənqidçilər onun yaradıcılığı haqqqında dəyərli fikirlər söylədilər.

"Arılargecələr uça bilmirlər. İşıq işartısına, şöləsinin çevrəsinə toplaşırlar. Ancaqzülmətdə yaşayır, min bir dərdin dərmanı olan məhsullarını da qaranlıqda hasiləgətirirlər...” NovruzNəcəfoğlunun esselərindənsətirlərdir...

Dediklərindən bilirəm ki, Novruz Nəcəfoğlu yuxusunaharam qatıb gecələr yazı-pozu ilə məşğul olur. O zülmət gecələrdə qəlbinin,zehninin işığındahasilə gətirdiyi yaradıcılıq nümunələri bəlkə də elə buna görəbelə nurludur.

Ədəbi cameədə Novruz Nəcəfoğlu imzasıilə tanınan dostumuz həm də Vətəninə, xalqına ləyaqətlə, ona etimad göstərəndövlət başçısının, Prezident cənab İlham Əliyevin etimadını doğrultmağa çalışanbir dövlət məmurudur.

AMEA-nın vitse-prezidenti, akademik, millət vəkiliİsa Həbibbəyli bu ilin əvvəllərində çap etdirdiyi "Şabranda ədəbi həyat” adlı məqaləsindəyazır ki, "Novruz Novruzov bu vaxta qədər çalışdığı rayonlarda sosial-iqtisadigöstəricilərlə yanaşı, maarif, mədəniyyət və mətbuatın da inkişaf etdirilməsisahəsində nəzərəçarpacaq nailiyyətlər qazanmışdır. Onun İcra başçısı olduğurayonlarda yaddaqalan ziyalı mühiti formalaşmışdır. Fikrimcə, bu fərqli birüslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasındaədəbiyyat və mədəniyyətin inkişafına xidmətidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan NovruzNovruzov müstəqillik dövrü Azərbaycan bədii nəsrinin və bədii publisistikasınıntanınmış, qəbul olunan nümayəndələrindən biridir. Yaradıcılığındakı həyata vəinsana yaxınlıq, əsərlərindəki həyat nəfəsi və torpağa bağlılıq, təbiilik vəsadəlik onun fərdi ədəbi simasını səciyyələndirir. Novruz Nəcəfoğlununpublisistikası da bədiilik xüsusiyyətinə görə fərqlənir və qəzetçilikdən uzaqolan, nəsr əsərlərinə yaxın bir tərzdə yaranan orijinal sənət örnəkləridir.Hazırkı mərhələdə o, ardıcıl yaradıcı fəaliyyəti ilə yeni Azərbaycan nəsrini vəmüasir bədii publisistikanı layiqincə təmsil edir.

Novruz müəllim yaxşı rayon rəhbəri olub, əhatəetdiyi bölgənin inkişafı yollarında məsuliyyətlə çalışdığı kimi, ölkəmizdə yeniədəbiyyatın da inkişaf etdirilməsinə ürəklə və şərəflə xidmət edir. Onun bədii əsərlərindənmüasir insanın nəfəsi və ana torpağın ətri gəlir. O, rayon rəhbəri olaraq mühümtəsərrüfat-quruculuq işləri ilə məşğul olub, həm də müasir səviyyəli bədii əsərləryaratmağın mümkünlüyünü isbat etmişdir.

Novruz Novruzovun Şabran RİH başçısı işlədiyi dövrdərayon mərkəzində onun təşəbbüsü ilə tikilib istifadəyə verilən "Ağsaqqalarevi”nə bir təqaüdçü baba kimi elə özüüm də tez-tez yolumu salıram. AzərbaycanRespublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Novruz NovruzovunSiyəzən rayon İcra Hakimiyyəti başçısı təyin edilməsindən sonra ağsaqqallar özaralarında sanki keçmiş başçının adından bir növ hesabat vererərmiş kimigörülmüş işləi sadlayırlar:

- Rayonumuzun tarixi Şabran adı onun vaxtındaqaytarıldı.

- Klasssik şairimiz, bir vaxt Şabranda dustaq olmuşXaqanini bu dəfə heykəl kimi buraya gətirdi... Hələ bir adını daşıyan şeir, sənətocağı olan Xaqani poeziya evi də inşa etdirdi.

- Neçə-neçə parklar, xiyabanlar, bulaq kompleksləri,su fəvvarələri, Dəvə kompleksi, Saat qülləsi, abadlaşan küçələr...

- Hələ neçə-neçə yeni ənənələr: Ulu öndərin adgünündə Çıraqqalanın zirvəsinə izdihamlı xalq yürüşləri.

- Novruz bayramında cıdır yarışları...

Görülən işləri sadalamaqdan doymayan elağsaqqalları söhbətlərini həmişə də belə yekunlaşdırırlar ki, əlbəttə, Novruzmüəllim qonşu Siyəzən rayonunda da dövlət başçımızın etimadını layiqincədoğruldacaq. Tanrının nəzəri üstündə olsun!

2011-ci ildə xalq yazıçısı, dövlət və ictimai xadimMirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı Azərbaycan RespublikasıPrezidenti cənab İlham Əliyevin sərəncamından iki-üç gün sonra sənətkarın ailəüzvlərinin, Bakıdan gəlmiş adlı-sanlı qələm adamlarının iştirakı ilə bizimŞabranda görkəmli sənətkarın təntənəli yubiley mərasimi keçirildi. Mirzəİbrahimovun qızı, "Literaturnıy Azərbaycan” jurnalının baş redaktoru Solmaz İbrahimovaelə indi də hər görüşümüzdə minnətdarlıqla yada salır ki, atamın 100 illikyubiley tədbiri ilk dəfə məhz Novruz müəllimin təşəbbüsü ilə əyalətdə,Şabranda, sonra paytaxtda keçirilən tədbir kimi yüksək səviyyədə, təntənə iləqeyd olundu.

Gözəl mahnıların müəllifi olan Tahir Əkbərin NovruzNəcəfoğlunun sözlərinə bəstələdiyi, ilk dəfə xalq artisti Gülyaz Məmmədovanınifasında səslənən oynaq "Şabran” mahnısının ömrü yəqin ki, Şabran var olduqcayaşayacaq. Əlbəttə, mahnının sözlərinin müəllifinin təvazökarlığından, həm dətutduğu vəzifədən xəbərdar olan şabranlılar ürəklərindən keçsə də, toy, şadlıqməclislərində bu oynaq mahnını ürəklərindən keçsə də sifariş etməyə, qolqaldırıb oynamağa sanki çəkinirdilər. İndi hətta Bakıdakı şadlıq saraylarındada öz xeyir iş məclislərində şabranlılar bu mahnını sifariş edirlər.

Minillərlə yaşıd, şəhərlər şahı,

Turantorpağıdı, ocaqdı Şabran.

Tarixlərşahidi, mərdlər oylağı,

Vətənqalasıdı, qucaqdı Şabran.

Novruz müəlllimin 65 illik ad günü münasibətilə ürəksözlərimi yubilyar haqqındakı səmimi yazıda Pərvin xanımın yazdıqlarınaqoşularaq tamamlayıram: "Gəncliyimizdən buyana müxtəlif vəziflərdə çalışmış,hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan yazıçı sənətdən, ədəbiyyatdanbircə addım da uzaqlaşmayıb. Əksinə, uzun illər Şabran rayonunda icra başçısıişlədiyi müddətdə Şabranı ədəbiyyat mərkəzinə, sənət məbədinə çevirib. Əminəmki, ən yaxın günlərdə sözlə, ədəbiyyatla bağlı tədbirlərin sədasını Siyəzəndəndə eşidəcəyik.”

AydınTağıyev,

AYBŞabran bölməsinin rəhbəri