Nuri və Jane cütlüyünün xoş günü: "Ad günün mübarək"
Yadınıza gələr. 2 il əvvəl müğənni Nuri Sərinləndiricinin yaxın dostları mediada belə bir xəbər yayımladılar:” "Nuri ilə Jane Dominikan Respublikasında evləniblər. Onların toyunun təmtəraqdan uzaq, dost əhatəsində qeyd olunmasına səbəb Nurinin şəxsi istəyi ilə bağlıdır. Bilirsiniz ki, ifaçı anasını itirib və onu dünyaya gətirən xanımın həyatda olmaması səbəbindən böyük məclis təşkil etmək istəmədi.
Məsələnin mətbuatdan niyə gizlin saxlanılmasına da aydınlıq gətirildi:
"Bilirsiniz ki, Nuri heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib. O, daima yaradıcılığı ilə məşğul olub və bu cür mövzulara həssaslıqla yanaşıb”.
Xatırladaq ki, Nuri ilə Jane uzun illərdir eyni səhnəni bölüşürlər. İfaçıların birgə tandemindən saysız-hesabsız maraqlı duetləri var. Səhnədə bir-birini tamamlayan tərəflərin həyat bağlarını birləşdirməsi onların xarakterinin də bir-birinə uyğun olmasından xəbər verir.
Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.
Əntiqə Rəşid


Bakı -°C

